"Qızım ərə gedəndən nə evində olmuşam, nə də zəng vurmuşam" - Könül
Ötən ilin noyabrında qızı Ləmanı Ağcabədiyə ərə verən Könül Kərimova "Xəzər Maqazin"ə maraqlı açıqlamalar verib.
Axşam.az-ın məlumatına görə, müğənni qızı üçün narahatlıq keçirmədiyini və toydan sonra ona zəng vurmadığını deyib:
"Qızım ərə gedəndən hələ onlara gedib-gəlməmişəm. Səmimi etiraf edim. Yersiz narahat olan adam deyiləm. Hər şeyə görə özümü narahat, səbirsiz hiss edim – bu, məndə belə deyil. Qız köçürən analar var ki, qızı evdən köçən kimi arxasınca zəng-filan vurur. Mən heç zəng də eləmirəm. Bilirəm ki, yaxşıdır".
K.Kərimova özünün isə çox ağırxasiyyətli qayınana olacağını söyləyib:
"Amma mən özüm çətin qayınana olacağam. Gəlindən əsl gəlinlik tələb edəcəyəm. Gəlin mən deyən gəlin olsa, başımın tacı olacaq. O artıq gəlinin fərasətindən, ağlından asılıdır".
f Paylaş








İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb