Qızına 400 minlik toy etdiyi deyilən məmur DANIŞDI: "Porsche" olsaydı, özüm sürərdim, o şərəfsiz..."

Qızına 400 minlik toy etdiyi deyilən məmur DANIŞDI: "Porsche" olsaydı, özüm sürərdim, o şərəfsiz..."Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov haqqında yazılan xəbərlərə münasibət bildirib.

Xanim.az-ın məlumatına görə, Q.Şükürov publika.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar tamamilə yalandır:

"Mən və ailəm haqqında yazılanların heç biri doğru deyil. Mən toya çox xərc çəkməmişəm. O toya xərci oğlan evi çəkib. Məndə 400 min haradan idi? Bu barədə yazılanların hamısı boş söhbətlərdir. Bu məlumatları Elşən Əsgərli yayır. O qələt edib, yalan danışır. O, narkoman və şərəfsiz adamdır. Onu hamı yaxşı tanıyır. Deyir ki, guya "Porsche" hədiyyə etmişəm və sairə.

"Porsche" olsaydı, elə özüm sürərdim də! Mənim heç bir maşınım da yoxdur. Hazırda gəzdiyim bir maşın var, onu da dövlət verib. İndi kim nə istəyirsə, ağlına gələni danışır. Keçmiş kürəkənim narkomandır, gic adamdır. Narkoman nə danışa bilər?"

Q.Şükürov MTN-nin sabiq idarə rəisi, hazırda məhkəməsi gedən Akif Çovdarovla qohumluq əlaqəsi barədə yayılan məlumatlara da cavab verib:

"Akif Çovdarovla da heç bir qohumluq əlaqəm yoxdur. Ümumiyyətlə, biz bir-birimizi tanımırıq. Biz ayrı-ayrı yerlərdənik. İndi kimsə durub ağzına gələni danışır. Bizə şər atırlar".
İdarə rəisi keçmiş kürəkəni olan Elşən Əsgərlini məhkəməyə də verdiyini söyləyib:

"Vaxtım yoxdur məhkəməyə verməyə. Ancaq artıq qızımgil həmin oğlanı məhkəməyə də veriblər".

Xatırladaq ki, Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürova öz instaqram səhifəsindən paylaşdığı dəbdəbəli toyunu və həyat tərzini əks etdirən fotoları ilə məşhurlaşıb.
Onun Oqtay Əmircanovla olan ikinci evliliyi zamanı toyuna ümumilikdə 400 min dollar pul xərcləndiyi, yeni kürəkənə isə toyun səhəri 250 min manat dəyərində "Porşe" hədiyyə alındığı deyilir.

Yayılan digər məlumata görə isə Aysel Şükürova "Dəmirbank" ASC-nin idarə heyətinin sabiq sədri Roman Əmircanovun oğlu ilə ailə həyatı qurub.
Roman Əmircanovun digər oğlu isə MTN-nin sabiq idarə rəisi, hazırda məhkəmə qarşısında cavab verən Akif Çovdarovun kürəkəni olduğu deyilir.

Xəbərlər     Baxılıb: 1645   Tarix: 19 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

turlar.az

gozel gorunmek qis geyimləri 2026 reseptler öd daşı kişi psixologiyası terminlər boyun osteoxondrozu kosmetika banan gulmeli hakista sevgi kokelmek hakista sozler