Qızına dəbdəbəli toy edən məmurun başı dərddə

Qızına dəbdəbəli toy edən məmurun başı dərddəAR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi "Bakılifttəmir" İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri ilə maraqlanıb. Xanim.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

"Bakı Lift"in baş direktoru Qüdrət Şükürovun şəxsiyyəti də onun qızı Ayselə etdiyi dəbdəbəli toyun videoçarxı sosial şəbəkədə ciddi müzakirələrə səbəb olandan sonra diqqət çəkib. Yerli KİV-lərin yazdığına görə, dəbdəbəli toy Şükürova 400 min manata başa gəlib. Məlumata görə, Şükürovun qızı Ayselin birinci toyu da bahalı və dəbdəbəli olub. Sosial şəbəkə istifadəçiləri dərhal yerində olan sualı veriblər: "Bakı Lift"in məmurunda bu qədər pullar haradandır?" İndi Şükürov DİN-in müstəntiqlərinin bu sualına cavab verməli olacaq. Şəhərdəki çoxmərtəbəli binalardakı liftlərin daim xarab olması və sıradan çıxması hüquq-mühafizə orqanlarında çoxlu suallar yaradıb. Qeyd edək ki, son vaxtlar tez-tez polisə liftlərin əyləc rulonlarının oğurlanması və nəticədə liftlərin uzunmüddətli təmirə dayanması barədə şikayətlər daxil olur. İstintaq orqanlarının mülahizələrindən birinə görə, liftlərin xarab olmasında Bakıdakı lift strukturunda çalışan işçilərin əli var. Əlbəttə söhbət bütün əməkdaşlardan deyil, bəzilərindən gedir.

Bu, şəxsi mənfəət güdmək məqsədilə edilir. Məlumdur ki, Şükürov Xətai metrosu yaxınlığında yerləşən "OTIS Baku Lift" sexinin sahibkarıdır. Bu sex liftlərin quraşdırılması və montajı ilə məşğul olur. Məlumata görə, "Bakı Lift"in bir sıra əməkdaşları artıq polisdə mənimsəmə faktı üzrə dindiriliblər. İstehsalat mərkəzinin rəhbərliyi zərurət olduqda cinayət işində adlarının təqsirləndirilən şəxs qismində hallanmaması üçün vəkillərlə tələm-tələsik müqavilə də bağlayıblar. Onu da qeyd edək ki, son zamanlar lift qəzaları nəticəsində adamlar ölüblər və xəsarət alıblar. Bütün bu problemlərin kökünü lift xidməti göstərən və onun təmiri ilə məşğul olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki "Bakılifttəmir" İstehsalat Birliyində də axtarmaq lazımdır. Bakının bütün əraziləri üzrə Bakı Lift İdarəsinin fəaliyyəti, liftlərin kimlər tərəfindən və hansı qaydalarla quraşdırılması, onlara xidmət və digər məsələlər ətrafında hesabatın hazırlanaraq müvafiq qurumlara təqdim olunmasına dair göstəriş verilib.

Artıq sözügedən qurumla bağlı araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib. Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib. Artıq onun yerinə təyinatın da olduğu bildirilir. Yaxında Şükürovun korrupsiya və vəzifədən sui-istifadə faktları ilə bağlı hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacağı bildirilir. Qeyd edək ki, Qüdrət Şükürov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun əmri ilə 2012-ci ilin yanvarından "Bakılifttəmir" İstehsalat Birliyinin baş direktoru vəzifəsini tutur.

Xəbərlər     Baxılıb: 3141   Tarix: 04 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kivini qabığı ilə yeməyin bu faydaları varmış

Kivinin lətli hissəsi C vitamini ilə zəngindir, həmçinin lif, kalium və K vitamini kimi vacib qida maddələri ehtiva edir. -a istinadən bildirir ki, kivini qabığı ilə birlikdə yemək orqanizm üçün daha çox fayda təmin edə bilər

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

turlar.az

qadin dunyasi yemek reseptleri qadın geyimi mətbəx cümə gününün duası qis geyimleri düzgün qidalanma kosmetika novruza aid hakisdalar uşaq nece olur lakonizm hakista sozler 8 mart