Qızlıq pərdəsi haqqında bilmədiyiniz ŞOK FAKTLAR

Qızlıq pərdəsi haqqında bilmədiyiniz ŞOK FAKTLARQızlıq pərdəsi qadın genital sisteminin bir parçasıdır. Ailem.az türkiyəli ginekoloq TurQay Karakayanın qızlıq pərdəsi haqqında maraq doğuran bütün suallara cavabını diqqətinizə çatdırır.

Qızlıq pərdəsi vaginal girişi əhatə edən pərdə formasında bir toxumadır. Ən çox görülən forma aypara şəklində olandır. Menstruasiya qanının və axıntının bayıra axmasına asanca icazə verir: "Qızlıq pərdəsi çox müxtəlif şəkillərdə ola bilər, amma bu formaların elə də bir əhəmiyyəti yoxdur. Sadəcə tamamilə bağlıdırsa və aybaşı qanını bayıra buraxmırsa, bu, bir problemdir və cərrahi olaraq açılması şərtdir. Bu edilməzsə, həm əlaqə olmaz, həm də daxili genital sistemdə qalıcı problem yarada bilər".

Ginekoloq bildirir ki, qızlıq pərdəsi cinsi əlaqə zamanı qanayacaq deyə bir qayda yoxdur: "Əsasən 10 pərdədən ancaq 7-si ilk əlaqədə qanayar. Digərləri ya elastikdir, ya əlaqəyə uyğundur, ya da qanama yaratmayacaq qədər genişdir. Qızlıq pərdəsinin ilk əlaqədə yırtılaraq qanaması tarix boyu bakirəliyin bir işarəsi olub. Amma pərdə sadəcə əlaqə ilə pozulmur. Ağır idman, uzun müddətli velosipedə minmə, qəza ilə sərt bir cismin vaginaya dəyməsi kimi hallarda da pərdə zərər görə bilər. Bunlardan heç biri olmayıbsa, pərdə sağlamdır. Pərdənin ən sıx yırtılma səbəbi təbii ki, cinsi əlaqədir. Penis vaginaya doğru itələnirsə, pərdə yırtılır. Yırtılma an məsələsidir. Çox qısa zamanda belə, meydana gələ bilər. Yırtılmanın əsas göstəricisi ağrı və az, ya da çox qanamadır. Bu qanama bir, yaxud bir neçə gün davam edə bilər. Təkrarlanan əlaqələrdə təkrarlanan qanamalar yarana bilər.

Yırtılma zamanı bəzən ağrı və qanama çox olmaz. Cinsəlliyin vermiş olduğu zövq və həyəcan arasında hiss etməyə bilərsiniz. Bəzən də əgər pərdə qalın formadadırsa, ağrı daha çox ola bilir. Damardan daha zəngin bir yerdən yırtılmışsa, qanama miqdarı çox ola və bir neçə gün sürə bilər. Əgər qanama çoxdursa, bu halda tikiş ataraq qanamanı dayandırmaq lazımdır. Qızlıq pərdəsini keçici, ya da qalıcı olaraq birləşdirə bilərsiniz. Yəni bunu əməliyyatla etmək mümkündür".

Bəs qızlıq pərdəsi bərpa oluna bilərmi? Həkim deyir ki, yırtılan pərdənin bədənin digər toxumaları kimi, öz-özünü bərpa etmə xüsusiyyəti yoxdur: "Pərdənin yırtıq olub- olmamasını ginekoloqdan başqa heç bir həkim təyin edə bilməz. Öz-özünüzə pərdəni müayinə etməyə başlasanız, bu vəziyyətdə pərdəyə daha çox zərər verər və yenidən tikilə bilmə şansını azalda bilərsiniz".

Xəbərlər     Baxılıb: 18068   Tarix: 10 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

geyim seçimi həkim məsləhəti geymler 2026 ancelina colinin sekilleri vannalar qarasin qizlar ucun makiyaj bilik haqqinda atalar sozu kosmetika gəncə hüzeyir hacibəyov yemek reseptleri prostat sağlıq