Qocalmağı geri qaytara biləcək GEN TAPILDI - Alimlərdən yeni kəşf
Osaka Universitetinin tədqiqatçıları qocalmanı hüceyrə səviyyəsində geri qaytara biləcək əsas protein kəşf ediblər.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, araşdırmalara görə, AP2A1 adlı zülal alt bölməsi qocalmış hüceyrələrin unikal strukturunu formalaşdırmaqda mühüm rol oynayır. Bu zülalın yatırılması qocalmanı geri qaytarır, artması isə qocalmanı sürətləndirir.
Tədqiqatın aparıcı müəllifi Pirawan Chantachotikul hüceyrələrin ölçüsünü necə saxladıqlarını başa düşməyə çalışdıqlarını qeyd edib. Xüsusilə, qocalmış hüceyrələrdə stres lifləri daha qalın olur ki, bu da hüceyrələrin böyük ölçüsünü qorumağa kömək edir.
AP2A1 zülalının və onun əlaqəli integrin β1 zülalının hüceyrə strukturunda mühüm rolu olduğunu aşkar edən alimlər bu kəşfi qocalma və yaşlanma ilə əlaqəli xəstəliklər üçün yeni müalicə üsullarının inkişafına töhfə olaraq qiymətləndiriblər.
Fidan
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi