Qrip zamanı uzanmamağın ölümcül təhlükəsi açıqlandı
"Qrip zamanı yanlış müalicə və vaxtında Həkimə müraciət edilməməsi nəticəsində yaranan hər hansı fəsad ölümlə nəticələnə bilər".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "INVITRO" Ural klinikasının terapevti Marina Konstantinova xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu fəsadlara ağır tənəffüs çatışmazlığı, ümumiləşdirilmiş viral infeksiya (patogenlərin bütün orqanizmə yayılması), bakterial infeksiyanın da qoşulması və ya xroniki xəstəliklərin kəskinləşməsi daxildir.
Həkim qeyd edib ki, qripdə yataq rejiminə riayət olunmazsa, iki-üç həftə sonra infarkt baş verə bilər.
"Böyük fiziki fəaliyyətlə virus sürətlə qanda yayılır və qan damarlarının divarlarının iltihabına, bəzən isə ürək-damar xəstəliklərinə gətirib çıxarır. Bu, qanın laxtalanmasında dəyişikliyə səbəb olur. Virus insult və infarktın inkişafına kömək edir", - deyə M.Konstatinova izah edib.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi