Qripdən qorunmağın 3 əsas şərti

Qripdən qorunmağın 3 əsas şərtiAdil Qeybulla: "Virusun bu qədər sürətlə yayılmasının əsas səbəbi..."
Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Qrip və qripə bənzər yoluxucu xəstəliklərin aktiv olduğu dövrdür. Kimi danışdırsan, qripdən, boğaz ağrısından şikayət edir. Bir qrup insan isə qripə yoluxmaqdan ehtiyat edir. Çünki ətrafında bir çox insanın qrip olduğu təqdirdə, yoluxma ehtimalı çox olur. Bəs qripin daha çox adama yoluxmamağı üçün insanın özündən nələr asılıdır?
Tibbi ekspert Adil Qeybulla bildirdi ki, müvafiq qurumlar insanları bu cəhətdən daha çox məlumatlandırmalıdır. İnsanlar özləri də bu cür xəstəliklərə qarşı daha diqqətli yanaşmalıdırlar: "İlk növbədə, insanlar soyuqdəymə və yuxarı tənəffüs yollarının iltihabı ilə bağlı istənilən xəstəliyə xüsusi diqqətlə yanaşmalıdır. Eyni zamanda dövlət qurumları və müvafiq strukturlar da insanlar arasında maarifləndirici iş aparmalıdırlar. Çünki xəstələrə düzgün istiqamət verilmədiyi halda, xəstəliyin fəsadları daha da artır".
Adil Qeybulla diqqətə çatdırdı ki, xəstəliyə yoluxma və yoluxdurma hallarının qarşısını almaq üçün üç əsas tədbir görülməlidir: "Birincisi, məktəblərdə və digər kütləvi toplantı yerlərində insanların maskalardan istifadə etməsi, həmin yerlərin tez-tez dezinfeksiya olunması, otaqların mütəmadi olaraq havasının dəyişdirilməsi vacibdir. İkincisi, xəstəliyə yoluxduğu halda, xəstə mütləq yataq rejiminə keçməlidir. Bu, təkrar soyuqdəymənin və xəstəliyin ağırlaşmasının qarşısını alır. Üçüncüsü, xəstə çoxlu maye qəbul etməlidir, çünki immunitetin bu cür vəziyyətlərdə mayeyə daha çox ehtiyacı olur. Əlavə olaraq, xəstə bacardığı qədər çox oksigen qəbul etməlidir. Qeyd etmək lazımdır ki, xəstələr mütləq həkimə müraciət etməli, müvafiq prosedurları həkimin tövsiyəsi ilə icra etməlidirlər. Əgər bu qaydalara əməl edilsə, həm xəstəliklərə yoluxma halları azalar, həm də xəstəliyin ağırlaşmasının qarşısı alınar. Ancaq müvafiq qurumlar da maksimum dərəcədə tədbirlər görməlidirlər".
Adil Qeybulla bildirdi ki, xəstəlik dövründə fiziki təmasdan maksimum dərəcədə yayınmaq lazımdır, çünki xəstəliklərin bu qədər sürətlə yayılmasının əsas səbəbi, məhz başqaları ilə yaxın təmasda olub onları yoluxdurmaqdır: "Ona görə də, əvvəl qeyd olunduğu kimi, xəstəliyə yoluxmuş şəxs yataq rejiminə keçməlidir. Lakin insanların bunu etməməyinin başlıca səbəbi onların bir çoxunun işləməsindən və işdən qala bilməməyindən irəli gəlir. Halbuki, əmək hüquqlarına əsasən, onlar işlərindən asılı olmayaraq evdə qalmalı, yalnız tam sağaldıqdan sonra işə qayıtmalıdırlar. Bu, həm də onların işlədikləri qurumlar üçün də səmərəlidir, çünki əks halda bir çox işçi xəstələnər və həmin insanlar əmək qabiliyyətini itirər".
Adil Qeybulla valideynlərin nəzərinə çatdırdı ki, azyaşlılar da xəstəlik müddətində bağça və ya məktəblərə getməyi müvəqqəti olaraq dayandırmalıdırlar: "Uşaqların vitaminli siroplar qəbul etməsi çox yaxşı olar. Valideynlər də uşaqların geyimlərinin düzgün şəkildə, hava şəraitinə uyğun olaraq seçilməsinə diqqət etməlidirlər. Ancaq ən önəmlisi, xəstəliyə tutulduqları halda dərsdən və ya bağçadan qalmalarıdır".
Adil Qeybulla əlavə olaraq qeyd etdi ki, immuniteti gücləndirmək üçün ilk növbədə insanlar aktiv həyat tərzi sürməli, hərəkətli olmalıdırlar: "Tez-tez idmanla və ya gimnastika ilə məşğul olmaq immunitet üçün faydalıdır. Eyni zamanda qidalanmaya da fikir vermək lazımdır. Daha çox vitaminli qidalara, xüsusilə də meyvə-tərəvəz qəbuluna üstünlük verilməsi yaxşıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1337   Tarix: 03 fevral 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

hamiləlik toy makiyaji sekilleri gozel gorunmek xina qoymaq qaydasi geyim kombinləri kivi murebbesi bürc xəbərləri kosmetika pehriz hesaplama bayati zəhmət ziyafet geyimleri