Qripdən qorunmaq üçün nə etməli?
Qripdən qorunmaq üçün nə etməli?
1. Təmiz hava.
Quru və soyuq havada gəzinti qrip viruslarını öldürür. Təmiz hava sizin vəziyyətinizi yüngülləşdirəcək və sağalmanızı sürətləndirəcək. Qrip virusları nəm havada artıb-çoxalır. Həkimlər qrip xəstəliyindən profilaktika məqsədilə nəm havada gəzməyi məsləhət bilmirlər.
2. Dərman preparatları.
Qripdən qorunmaq üçün profilaktika məsədilə virus əleyhinə preparatlar qəbul etmək lazımdır. Amma bu dərmanları həkimin məsləhəti ilə dediyi zamanda qəbul etmək lazımdır. Əslində virus əleyhinə dərman preparatlarını qrip virusu orqanizmə daxil olduğu zaman qəbul etmək məsləhət görülür. Bu dərmanları qrip epidemiyası yayılan zaman qəbul etmək daha məqsədə uyğundur.
3. Vitaminlər və müqavimət artıran dərmanlar.
Qripə yoluxma təhlükəsi və qrip xəstəliyi zamanı xəstənin qida rasionu vitaminlərlə zəngin olmalıdır. Qidaların vitamin və bioloji aktiv maddələrlə zəngin olması orqanizmdə qrip mikoorqanizmlərinin tez məhv olmasına səbəb olur. Tərkibi C vitamini ilə zəngin qidalar orqanizmin müqavimətini artırmaqla xəstəliyə qarşı davamlılıq əmələ gətirir. Bu qidalara sitrus meyvələri, qırmızı istiot, giləmeyvələr, sarımsaq, soğan, turp, qara yemişan və s. aiddir.
4. Vaksinasiya.
Ümumdünya Səhiyyə Təşkilatı qrip vaksinasiyasının epidemiya təhlükəsi gözlənilən andan 1-2 ay əvvəl edilməsini məsləhət bilir. Vaksinasiyadan əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. Məsələn, zülala allergiyası olan, endokrin və sinir sisitemi xəstə olan, xroniki tənəffüs yollarının çatışmazlığından əziyyət çəkən adamlara qrip vaksinasiyası etmək olmaz. Nəzərinizə çatdırmaq istəyirik ki, qrip əleyhinə vaksinasiya yalnız qripin bir-neçə növünə qarşı aparılır. Halbu ki, qripin 200-dən artıq növü var və hər il bu xəstəliyin yeni formaları meydana çıxır.
Milli.Az /news.milli.az









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
Necla Uyqur vəfat etdi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu