"Qurban ərimin yanında məni zorladı... Qızım sənlə olsun, şikayətimə bax" - Azərbaycanlı qadının polisə şok təklifi

"Qurban ərimin yanında məni zorladı... Qızım sənlə olsun, şikayətimə bax" - Azərbaycanlı qadının polisə şok təklifiYazı metbuat.az saytının "Arxivdən" layihəsi çərçivəsində təqdim olunur:

İş vaxtı yenicə başlamışdı. Sahə inspektorunun işi isə saatla ölçülmür, mən sahəni gəzib yenicə gəlib iş otağıma girmişdim. Çox yorulduğumdan elə oturduğum yerdə mürgələmişəm. Elə bu vaxt birdən qapı açıldı, bir nəfər ortayaşlı, sifətdən göyçək, hətta lap yaraşıqlı bir qadın içəri girdi, çox sakit, heç nə olmamış kimi, bir az da gülümsər bir üzlə sözə başladı:

- Yoldaş Hacıyev, şikayətə gəlmişəm, dərdim var, xahiş edirəm, tədbir görün.

- Buyurun, söyləyin, sizi dinləyirəm -deyə cavab verdim. Qadın bir qədər də nazlanaraq dedi:

- Meşəbəyi Qurbanı tanıyırsınızmı, o məni zorlayıb...

Qadının zorlanması barədə belə həyəcansız, çox sakit danışması məni bir qədər çaşdırsa da, ona tərəf dönüb:

- Təfsilatını danış -dedim. O nağıl etməyə başladı:

- Keçən axşam hava yenicə qaralan vaxt su gətirmək üçün bulaq başına getmişdim. Elə oradaca Qurban məni yerə yıxdı. Mən qışqırıb haray salsam da, ərim səsimə gəlib çatana qədər o məqsədinə nail oldu. Ərim gəlib məni evə apardı, səhər də dedi ki, get şikayət et, Qurbanı tutdur, əgər Qurban tutulmasa səni saxlayan deyiləm.

- Zorlama şikayətinə prokurorluq baxır, sən bəlkə, heç şikayət etməyəsən, həyat yoldaşını da başa salasan ki, səni kənd içində biabır etməsin, bu yolla da adam dolaşdırmazlar, de.

O, üzümə baxıb gülümsünərək cəld qapıdan çıxdı, onun eyvana çıxmağı ilə yenidən otağa qayıtması bir oldu. Arxasınca da 16-17 yaşlı həddən ziyadə göyçək bir qız gəldi. Qadın gülə-gülə - bu mənim qızımdır - deyib sonra mənə tərəf əyilərək əlavə etdi -cavan oğlan, bu qız lap sənə yaraşandır, qalsın sənin yanında, bundan sonra da nə vaxt istəsən, hara desən özü gəlsin, bircə mənim şikayətimi mən istəyən kimi həll et.

Qadın sözünü qurtaran kimi ona bir şillə vurub ana-bala ikisini də otaqdan qovdum.

Bu hadisə məni dəhşətə salmışdı. Hazırlaşırdım ki, çıxıb onların kəndinə gedim, kimlikləri, şəxsiyyətləri ilə maraqlanım görüm Qurban kimdir, belə bir şikayətin olmasına səbəb nədir? Elə bu vaxt otağın qapısı döyülməmiş açıldı. Arıq, alçaq boylu, üzündə sarı çilləri olan göygöz, orta yaşlı bir kişi içəri girib üstümə şeşələndi:

- Səni bura kim qoyub, nə üçün qoyub, nə üçün şikayətə baxmırsan, şikayətçini təhqir edib qovursan - dedikdə mən ondan sakit olmağı, sözünü aydın deməyi, məqsədini səbrlə söyləməyini istədim. O, təkrar davam etdi:

- Mənim arvadım sənin yanında olub, şikayət edib, sən də onu təhqir edibsən. Səndən yuxarı təşkilatlara şikayət edəcəyəm. Dedim:

- Arvadını başa salmışam, belə şikayətlərə prokurorluq baxır, bir ərizə yazıb prokurorluğa gedin. Mənim barəmdə də hara istəyirsiniz şikayət edə bilərsiniz.

Kişi əlindəki ərizəni mənə uzadaraq - sən hələlik ərizəmi qəbul et, sonrasına baxarıq -dedi.

Mən onu çox çalışdım başa salım, amma o qanmaq istəmədi. Axırda qolundan tutub arxasına da bir təpik vurub otaqdan çıxardım. O tarazlığını itirib üzü üstə yerə yıxıldı.

Günorta naharından sonra rayon prokuroru Paşa Paşayev zəng edib şikayətçi qadını və onun ərini nə üçün döydüyümü soruşdu. Mən əhvalatı olduğu kimi, heç bir məqamı da gizləmədən hamısını prokurora nəql etdim. O bir qədər heyfsilənəndən sonra dedi ki, onlar ər-arvad PK-nın birinci katibinin qəbulunda olublar, o da məni yanına dəvət edib onları birlikdə dinlədik. Axırda mən bu işdə, həqiqətən, çox pis şər-böhtan əlamətləri hiss etdim. Ancaq onlara izah etməyə çalışdım ki, istintaq hər şeyi güzgü kimi aydın göstərəcək. Lakin onlara heç bir təsiri olmadı. Onlar elə "toyuq tək qıçlıdır ki, tək qıçlıdır" deyib durdular.

Demək, məsələ belə olub: şikayətçi qadın bulaq başında, özü də axşama yaxın zorlanıb, onun qışqırıq səsinə ərinin gəlməyinə baxmayaraq, o gələnə qədər cinayətkar öz istəyinə nail olub.

- Məsələ aydındırmı? Köməkçim İsmayılovu göndərirəm, ərizə katibin nəzarətindədir, ona axıra kimi yaxından köməklik et, nəticəni isə birlikdə müzakirə edərik.

- Siz yoxlamaya nədən başlayacaqsınız?

- Sizin dediyiniz bu şikayətin məzmununun ekspert tərəfindən aydınlaşdırılmasından başlayacam.

- Çox düzgündür. İsmayılovu gözlə!

İsmayılov şikayətçilərlə gəldi, biz birlikdə kəndə yollandıq.

Qadının dediyi bulaq başına gəldik. Bulaqla onların evinin arasında 300 metr məsafə vardı. Qadının və ərinin dediyi kimi, yəni hadisəni canlandırmaqla işə başladıq. Kişi demişdi ki, mən qışqırıq səsini evdə oturduğum yerdə eşitmişəm. Qadın qışqıraraq nə qədər bərk səslə ərini adı ilə çağırsa da, bu səs evdə eşidilmirdi. Eyvanda isə qadının səsi aydın eşidilirdi. Əgər arvadın səsini kişi evdə eşidib özü dediyi kimi yox, lap sərbəst gəlsəydi də cinayətkar müqavimətdə olan bir qadınla məqsədinə nail ola bilməzdi.

Eyni zamanda məhkəmə tibb müayinəsində də qadında zorlama əlaməti aşkar edilməmişdir. Artıq şikayətin yalandan olduğu bizə aydın idi. Ər-arvad isə - biz şikayətimizdən əl çəkmərik - deyə inad edirdilər. Biz də öz növbəmizdə belə bir yalan şikayətin səbəbini aydınlaşdırmağa cəhd edirdik. İş ətrafında 14 nəfərin şahid kimi izahatını aldıq. Qadının yüngül xasiyyətli olduğunu, onun həmin meşəbəyi ilə uzun illər əlaqədə olduğunu təsdiq edənlər olduğu kimi daha bir neçə cavan oğlanla da əlaqəsini bilənlər tapıldı.

Son nəticədə qadınla təkbətək söhbət etdik və öyrəndiklərimizin hamısını ona danışdıq. Ona izah etdik ki, sən hansı məqsədlə yalan şikayət etmisən bizə düzünü deməsən haqqındakı məlumat aşkarlanacaq.

Qadın onda yalvarıb yapışdı, dedi ki, öyrəndikləriniz hamısı həqiqətdir, sizə göstərdiyim o bulağın başında mən meşəbəyi ilə həqiqətən cinsi əlaqədə olmuşam, ərimsə gəlib üstümüzə çıxıb. Ərim həqiqətdə ondan qorxur, odur ki, mənə şərt qoyub dedi, əgər sən onu tutdursan, həm özün təmizə çıxarsan, həm də mən səni yenə arvad olaraq saxlayaram. İş belə olanda evim dağılmasın deyə onun sözünə baxıb şikayət etdim.

İsmayılov dedi, arvad, şikayətin baş tutmadı,bəs indi nə edəcəksən? O, cavab verdi ki, olan olub, neynəcəm, yola gedəcəyəm.

Beləcə bir şər cinayətinin də üstü açıldı.

Xəbərlər     Baxılıb: 2861   Tarix: 10 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yayın vazgeçilməzidir, faydaları saymaqla bitmir

Yeni tədqiqatlar qarpız və qarpız şirəsinin bir sıra gözlənilməz sağlamlıq faydalarını ortaya çıxarıb . xəbər verir ki, nəticələri "Nutrients" elmi jurnalında dərc olunmuş bir neçə tədqiqat nəticəsində məlum olu

.

Vazelinin bilmədiyimiz FAYDALARI

İstər gözəllikdə, istərsə də həyati problemlərdə Vazelinin bilmədiyimiz 20 fərqli istifadə qaydası mövcuddur. həmin faydaları təqdim edir:. - Təraşdan sonra dərinizi yumşaldır. - Gözəl dodaqlar üçün çox effektiv təsir vasitəsidir

.

Zeytun yağı niyə əvəzolunmazdır?

Amerikalı qidalanma mütəxəssisi Sapna Peruvemba sağlamlıq üçün ən faydalı kulinariya yağının adını açıqlayıb. -a istinadən xəbər verir ki, ekspertin bu məsləhəti "Real Simple" jurnalında dərc olunub. Mütəxəssi

.

Bu hal saatlar sonra ölümcül ola bilər - Valideynlərə XƏBƏRDARLIQ

Suyun az miqdarda belə ağciyərlərə düşməsi bir neçə saat sonra ağciyər ödeminə səbəb ola bilər. . xəbər verir ki, bu, orqanizmdə oksigen çatışmazlığı yaradaraq ciddi fəsadlara yol aça bilər. Xəbərdarlıq edilir ki, uşaq sud

.

Portuqaliyalı baş məşqçi Bakı metrosunda - FOTO

"İmişli" futbol klubunun portuqaliyalı baş məşqçisi Jorj Kaşkilya Bakı metrosunda görüntülənib. -a istinadla xəbər verir ki, onun ötən gün "Palms Sports Arena"da keçirilən Azərbaycan Kubokunun finalın

.

Göbələk yığanların nəzərinə: Saplağındakı o detal həyatınızı xilas edə bilər

Dr. İbrahim Türkekul, zəhərli "Hörümçək göbələyi" (Cortinarius) barədə xəbərdarlıq edib. Bu növün yeyilən "Mavi cincilə" (Lepista nuda) göbələyi ilə çox bənzər olduğunu bildirən mütəxəssis mühüm bir fərq

.

Bu yaşlarda bədəndə ciddi dəyişikliklər başlayır - Alimlər açıqladı

Alimlər insan orqanizmində qocalmanın düşündüyündən daha fərqli şəkildə getdiyini açıqlayıblar. xəbər verir ki, yeni araşdırmaya görə, insan bədəni xüsusilə 44 və 60 yaşlarında kəskin bioloji dəyişikliklər yaşayır. Stanfor

.

Sağlamlığa ən az ziyan vuran çörək BUDUR

Mütəxəssislərin fikrincə, tamamilə zərərli olan yeganə bir çörək növü yoxdur, lakin sağlamlığa ən az zərər vuran çörək ağ undan hazırlanan çörəkdir.  xəbər verir ki, bunu endokrinoloq Viktoriya Sadovskaya deyib. O bildiri

.

Çiya toxumu nədir və faydaları nələrdir?

Çiya toxumu həm rahat istifadəsi, həm də zəngin tərkibi ilə ön plana çıxan bitki mənşəli bir super qidadır. Su, qatıq, süd, salat və ya smuzilərə əlavə edilərək rahatlıqla istehlak edilə bilər. Maye ilə təmasda olub gel qvam

turlar.az

hamiləlik yaz geyimleri 2026 yay kolleksiyasi seks pozasi reyhan kampotu evin bəzədilməsi gənc ana kosmetika tapmacalar kley lekesi gozde olar vətən haqqında atalar sözləri sevda