Qurban əti ilə bağlı vacib xəbərdarlıq: Bu səhvləri etməyin
Qurban bayramı yaxınlaşdıqca qurbanlıq heyvanların seçimi, kəsim prosesi və ətin düzgün saxlanılması ilə bağlı müzakirələr artır.
Milli.Az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, bayram günlərində yol verilən bəzi səhvlər həm qida təhlükəsizliyini pozur, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Qurbanlıq heyvan seçərkən ilk diqqət edilməli məqam onun yaş həddidir. Bildirilib ki, heyvan ən azı altı aylıq olmalı və fizioloji inkişafını tamamlamış vəziyyətdə seçilməlidir. Vaxtından əvvəl kəsilən heyvanların həm qida dəyəri aşağı olur, həm də damazlıq ehtiyatlarına mənfi təsir göstərir.
Kəsim zamanı gigiyena qaydalarına əməl olunmaması da ciddi risk yaradır. Kəsim sahəsi daim təmiz saxlanmalı, qan və tullantılar vaxtında təmizlənərək dezinfeksiya edilməlidir.
Ətin saxlanma qaydaları ilə bağlı da vacib məqamlar var. Soyuducuda +4 dərəcə temperaturda ət 48-72 saat müddətində saxlanıla bilər. Daha uzun müddət üçün isə məhsul hissələrə ayrılaraq -18 dərəcə temperaturda dondurulmalıdır. Donu açılmış ətin yenidən dondurulması qida zəhərlənməsi riskini artırır.
Bundan əlavə, bişmiş ət yeməklərinin otaq temperaturunda uzun müddət saxlanılması məsləhət görülmür. Xüsusilə kabab və sac yeməklərinin hazırlandıqdan sonra qısa müddətdə istehlak olunması tövsiyə edilir.
Fidan
Milli.Az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Elçin ayrılığın dilindən oxudu - "Olmaz olaydı" təqdim olundu
Kızılcık Şerbeti' serialının aktrisası Ece İrtemin ölüm səbəbi açıqlandı
Məşhur müğənni vəfat etdi
Müğənninin Azərbaycandan çıxışına 'stop' qoyulub
Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
Pərvin Abıyeva ağır xəstəliyindən danışdı: '32 yaşımda düzgün diaqnoz qoyuldu