Qürbətdə vəfat edən Xalq artistimiz Rafiq Hüseynovun SON VİDEOSU ÜRƏK DAĞLADI
Dünyasını dəişən xalq artisti Rafiq Hüseynovun ölümündən əvvəl çəkilmiş videosu yayılıb.
Xanim.az goldnews.az-a istinadən xəbər verir ki, Rafiq Hüseynovun ölümündən bir ay əvvəl çəkilmiş videosunu aparıcı Hacı Nuran şəxsi İnstagram hesabında paylaşıb.
Qeyd edək ki, Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.
Bu barədə Apa-ya açıqlamsında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.
O bildirib ki, R. Hüseynov müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib: "Həkimlər əllərini gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuat oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı".
S. Hüseynova əlavə edib ki, R. Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək: "Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin