Qurdlara qarşı təbii dərman. RESEPT
Qurd xəstəlikləri həm uşaqlarda, həm də böyüklərdə ən yayılmış xəstəliklərdən biridir. Uşaqların, demək olar, 100%-i qurdlara yoluxur.
Qurdları orqanizmdən təmizləmək üçün çoxlu sayda dərmanlar var. Lakin bəzi xalq təbabəti vasitələri effektivliyinə görə bu dərmanlardan heç də geri qalmır. Həmçinin belə təbii vasitələrin heç bir yanaşı və əks-təsiri yoxdur.
Sizə ən tanınmış vasitələrdən birinin reseptini təqdim edirik.
Tərkib:
- 200 qr təmizlənməmiş balqabaq tumları
- 5-6 diş sarımsaq
- 2 x.q. təbii bal.
Hazırlanması:
1. Balqabaq tumları quru tavada bir qədər qızardılır, təmizlənir və blenderdə əzilir.
2. Sarımsaq təmizlənir, sarımsağəzənlə əzilir, əzilmiş tumlara əlavə olunur, qarışdırılır.
3. Kütləyə bal əlavə olunur, yaxşı qarışdırılır, 12 saat ərzində sərin qaranlıq yerdə saxlanılır.
İstifadəsi:
Hər gün acqarına səhər yeməyindən ən azı 30 dəqiqə əvvəl qəbul olunur. Böyüklər 1 x.q., uşaqlar 1 ç.q. qəbul etməlidir. Müalicə kursu 3-4 gün.
Saglamolun.Az
f Paylaş








Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu