Quru meyvələrin faydası

Quru meyvələrin faydasıHal hazırda payız və qış aylarında supermarketlərdə istənilən meyvələri almaq mümkündür.
Lakin həkimlər bu meyvələri yemək tövsiyə etmirlər. Məsələ burasındadır ki, bu meyvələrin bir çoxusu uzaq cənub ölkələrdən gətirilir, kal şəkildə yığılır, yaxşı saxlanılması üçün müxtəlif konservantlar və digər kimyəvi maddələrlə işlənilir (məhz bu səbəbdən onlar xarab olmur, onlara qurd düşmür).
Bütün bunlar isə bu meyvələri insan orqanizmi üçün xeyirli yox, ziyanlı edir.
Qış aylarında lazım olan vitamin və mikroelementləri quru meyvələrdən almaq mümkündür. Quru meyvələrdə bütün faydalı vitamin və mikroelementlər saxlanılır.
Qara gavalı qurusu ən faydalı quru meyvələrdən biri sayılır. İlk növbədə qara gavalı həzm sistemin fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir.
Qəbizlikdən əziyyət çəkən insanlar bu reseptdən istifadə edə bilərlər: axşamdan 5 dənə qara gavalı qurusu üzərinə 1 stəkan qaynar su əlavə edin və səhərə kimi saxlayın. Səhər acqarına alınmış şirəni için və gavalıları yeyin. Bu sadə vasitə bağırsaqlara "saat kimi" işləməyə kömək edəcək.
Bişmiş çuğundurla qara gavalı salatı da bağırsaqları çox yaxşı işlədir və bundan əlavə orada yığılmış toksin, şlaklar və digər ziyanlı maddələri çölə çıxardır.
Bundan əlavə qara gavalı qurusu maddələr mübadiləsi proseslərinə müsbət təsir edir, ürək, qara ciyər, böyrəklər üçün xeyirlidir, görmə qabiliyyətini yaxşılaşdırır.
Ərik qurusu da çox xeyirlidir. Kalium elementi ilə zəngin olan ərik qurusu ürək xəstəlikləri olan insanlar üçün əsl təbii dərmandır.
Ərik qurusu dəmir elementi ilə də zəngindir və bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar, hamilə qadınlar üçün olduqca faydalıdır.
Alimlərin fikirinə görə, ərik qurusu onkoloji xəstəliklərin profilaktik vasitəsidir.
Sidikqovucu preparatların əksər hissəsi orqanizmdən kalium elementini yuyub çıxardır. Bu səbəbdən bu preparatları qəbul edən insanlar öz rasionuna mütləq ərik qurusunu daxil etməlidirlər.
İnfarkt keçirmiş insanlar da bu faydalı meyvə qurusunu daim qəbul etməlidir.
Diqqətinizə ürək üçün çox faydalı olan təbii dərman təqdim edirik. 200 qr qoz, 200 qr qara kişmiş, 200 qr ərik qurusu ətçəkən maşınından keçirilir, 200 qr bal əlavə olunur və qarışdırılır.
Alınmış qarışığın 3-4 çay qaşığını hər gün qəbul edin. "Müalicə kursu" qeyri-məhduddur. Bu dərmanı sağlam insanlar da qəbul edə bilər. Bu əla profilaktik vasitədir!
Kişmiş də ürək üçün çox faydalıdır. Müasir tədqiqatlar sübut edir ki, kişmiş sinir hüceyrələrini tükənmədən qoruyur, osteoporoz (yaşlı insanlarda sümüklərin kövrək olması) zamanı və bu pozulmanın profilaktikası üçün çox xeyirlidir, yaddaşı yaxşılaşdırır.
Qara kişmiş qanın tərkibini yaxşılaşdırır, damarları təmizləyir.
Kişmiş öskürək zamanı da yaxşı kömək edir. Kişmişi qaynar süddə isladın və sonra bu südü için, kişmişi isə yeyin.
Əncir qurusu ürək-damar sistemi xəstəlikləri, bronxial astma, öskürək zamanı olduqca faydalıdır, qəbizliklə mübarizədə də yaxşı kömək edir, iltihabəleyhinə təsir edir, bağırsaqlarda yaşayan parazitləri (qurdları) yox edir.
Əncir qurusu xərçəng xəstəliklərin profilaktik vasitəsi sayılır.
Öskürəklə mübarizədə bu kimi vasitə yaxşı kömək edir: 3-4 quru əncirin üzərinə 1 stəkan qaynar süd tökün və 30 dəqiqə saxlayın. Daha sonra ənciri süddən çıxardın, ələkdən sıxın, südlə qarışdırın və 1/2 stəkan olmaqla gündə 3-4 dəfə qəbul edin.
Alma qurusu bağırsaqların fəaliyyətini yaxşılaşdırır, ürək üçün xeyirlidir, anemiya zamanı kömək edir.
Meyvə qurulardan fayda almaq üçün hər gün müxtəlif meyvə quruları qarışdırıb onlardan bir ovuc götürüb qəbul edin. Qəbul etdikdən əvvəl onları yaxşı yumaq lazımdır.
Meyvə qurulardan hazırlanan kompot da çox xeyirlidir. Lakin bu kompotu bişirmək lazım deyil, bu halda bir çox faydalı maddələr itir.
Daha yaxşı üsul: müxtəlif meyvə qurularını yaxşı yuyun, xırda doğrayın, qarıdırın və axşamdan termosda dəmləyin. Səhər isə alınmış dəmləməni için. Bu kompota şəkər yox, bal əlavə etmək daha yaxşıdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1124   Tarix: 10 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Soyuducunuzda varsa, ölüm saçır

Süd, yumurta, pendir, kolbasa, eləcə də bişmiş yeməklərin düzgün saxlanılmaması ciddi sağlamlıq riskləri yarada bilər. -a istinadən bildirir ki, mütəxəssislərin tövsiyələrinə əsasən, mətbəxdə və soyuducuda tez-tez rast gəlinə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

.

Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir

Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi il

.

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

Diyetoloq Loren Manaker bir həftə ərzində hər gün brokkoli yemək qərarına gəlib və təcrübənin nəticələri onu təəccübləndirib. -a istinadən xəbər verir ki, o, "Prevention" nəşrinə müsahibəsində bu tərəvəzin rasion

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

.

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

İnsanın maye ehtiyacı təkcə havanın temperaturu ilə deyil, həm də bədən çəkisi, fiziki aktivlik dərəcəsi, yaş, sağlamlıq durumu və ətraf mühitin rütubəti ilə müəyyənləşir. -a istinadən xəbər verir ki, bu barədə tibb elmlər

turlar.az

sac duzumleri geyim seçimi geyim şəkilləri sineye qulluq buga burcu arıqlamaq üçün çaylar yay geyimleri kosmetika səməd vurğun novruz bayramına aid hakıştalar azerbaycanli is adami amerikada gullelendi kökəlmək üçün qadin.az