Qvineya quşu yumurtası

Qvineya quşu yumurtasıQvineya quşunun yumurtası dietik qidalardan hesab edilir. Qvineya quşu yumurtasında xolesterinin miqdarı çox azdır və o allergiya əlamətlərinin əmələ gəlməsinə səbəb olmur. Qvineya quşunun yumurtası armud formasında, sarı-qəhvəyi rəngdə və möhkəm qabığa malik olur. Qabığının möhkəm olması onun quşdan salmonella mikrobuna yoluxmasının qarşısını alır. Bu yumurtanın tərkibində olan faydalı maddələr onun uzun müddət təzə qalmasına səbəb olur. Qvineya quşunun yumurtası 0-10* tempraturda 6 aya qədər saxlamaq olur. Orta ölçüdə olan qivineya yumurtası 45-48 qram çəkidə olur. Əksər Avropa ölkələrində toyuqdan çox qvineya quşunun ətindən və yumurtasından istifadə edilir.
Dünyaya yayılması
Qvineya quşu ev quşlarından biridir. Onun vətəni Afrika hesab edilir. Qvineya quşu Afrika ölkələrindən bütün ölkələrinə yayılmağa başlayıb. Bu quş əvvəlcə Qədim Yunanıstana və Romaya sonra isə bütün dünya ölkələrinə yayılıb. Onun əti və yumurtasının dadı ev quşlarının dadından geri qalmır. Bəzi ölkələrdə isə qvineya quşunu dekorativ quş kimi bəsləyirlər.Qvineya quşunun yumurtası çox bahalı yumurtalardandır. 100 qram qvineya quşunun qida dəyəri:
- Zülallar - 13,2 qr
- Yağlar - 0,5 qr
- Karbohidratlar - 0,7 qr
- Su - 70 qr
- Kalori - 43 kKal.
Bu yumurtanın qida dəyəri çox yüksəkdir. Onun tərkibində E, D, B qrup, PP vitaminləri, fosfor, kalium, kalsium, maqnium, kolbat, dəmir mineralları, müxtəlif amin turşular(lizin, metionin, asparaqin, qlütamin, sistin və s)var. Yumurtanın sarısı iri və parlaq sarı rəngə malik olur. Onun tərkibində çoxlu miqdarda A vitamini, karotinoidlər var.
Xəstəliklər zamanı istifadəsi
Qvineya yumurtasından dəmir defisit anemiya, periferik və mərkəzi sinir sisteminin patologiyaları zamanı, göz xəstəliklərində, mədə və bağlrsaq pozulmalarında, maddələr mübadiləsinin dəri səpgiləri ilə müşayiət olunan formasında geniş istifadə edilir.
Hamiləlik və uşaqəmizdirmə dövrtündə anaların bu yumurtadan istifadə etməsi məsləhət görülmür. Başqa yumurtalara qarşı allergiyası olan uşaqlara qvineya quşunun yumurtasını vermək olar.
Qvineya yumurtası qabığının faydalı xüsisiyyətləri
Orqanizm üçün qvineya yumurtasının ağı və sarısından onun qabığı daha çox faydalıdır. Onun tərkibi bağırsaqlar tərəfindən asan sorulan kalsium və 26 növ mineralla zəngindir. Bu yumurta qabığının tərkibində ftor, dəmir, molibden, kükürd, fosfor, kremin, sink və s elementlərlə zəngindir. Sintetik yollarla hazırlanmış kalsium həbindən fərqli olaraq qvineya yumurtasının tərkibində olan kalsium orqanizm tərəfindən asan sorulur. Bu məqsədlə yumurtanın içi boşaldılır, qabıq təmizləndikdən sonra 5 dəqiqə qaynadılıb qurudulduqdan sonra qəhvəüyüdəndə toz şəklinə salınır. Toz şəklinə salınmış yumurta qabığı gündə 1 dəfə olmaqla 1 çay qaçığı içilir. Toz su ilə birlikdə içilməlidir.
Kosmetologiyada qvineya yumurtası
Qvineya yumurtasından üz, bədən və saçlar üçün keyfiyyətli maskaların hazırlanmasında istifadə edilir. Yumurta sarısı və yulaf kəpəyindən hazırlanmış maska üzün dərisində olan məsamələri təmizləyir, dərini elastikləşdirir, parıldadır və qidalandırır. Yumurta sarısını gillə qarışdırıb üzə sürtüb 20 dəqiqə sonra isti su ilə yuduqda dəri gözəlləşir.
100 qram qatıq, 3-4 damcı E vitamini və 1 yumurta sarısını qarışdırıb massaj edərək dəriyə sürtüb və 20 dəqiqə sonra isti su ilə yumaq dərinin möhkəmlənməsinə, elastikliyinin atmasına səbəb olur. Qalan qarışımı isə qurumaması üçün polietilen paketə qoyub saxlamaq lazımdır.
Saçların möhkəmlənməsi üçün xırda doğranmış yaşıl soğan, yumurta sarısı və bal qarışımından hazırlanan maskanı saçların dibinə və özünə sürtərək 15-20 dəqiqə saxlamaq və yumaq lazımdır. Maskanı sürtdükdən sonra saçları polietilen paketlə bükmək lazımdır. Əks təqdirdə yumurta saçlarada quruyub qalır və yuyub təmizləmək çətin olur.
Qvineya quşunun zərərli xüsusiyyətləri
Qvineya yumurtasının zərərləri barədə heç bir məlumata rast gəlinməyib. Ehtiyyat tədbiri almaq üçün peyvənd olunan körpələrə peyvəndin ilk günündə yumurta vermək məsləhət görülmür.
Orqanizmindən zülalın çətin sorulması müşahidə edilən xəstələr qvineya yumurtası yeyən zaman diqqətli olmalıdırlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1896   Tarix: 20 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

geyim seçimi sac duzumleri qaşların formalari tortlar göyəmin faydası uşaq psixologiyası zaur ve gunay kosmetika tanisliq intim munasibetler novruz hakistasi seksual xanım az