"Raboçiy" təzyiq - Ölümə aparan təhlükəli mif

"Raboçiy" təzyiq - Ölümə aparan təhlükəli mifTanınmış rusiyalı həkim-kardioloq Mariya Voloşina yüksək təzyiqlə bağlı olan ən təhlükəli mif haqqında danışıb.  
Bir çox insanların fikrinə görə hər kəsin öz "təzyiq norması" var. Yəni əgər təzyiq normadan yüksək olsa belə, lakin insan özünü yaxşı hiss edirsə, bu onun öz "normal" təzyqidir. El arasında buna "raboçiy" təzyiq deyilir. Bu çox təhlükəli yanılmadır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Voloşinanın sözlərinə görə, ürək və damarların normal fəaliyyəti və ürək-damar sistemi xəstəliklərinin profilaktikası üçün təzyiq 120/80 c.st.-dan yuxarı qalxmamalıdır. Yəni 120/80 - sağlam insanın ideal təzyiqidir. Təzyiq bu rəqəmlərdən yuxarı qalxırsa bu artıq patologiyadır. Hətta insan bu zaman özünü yaxşı hiss edir və onda heç bir narahatçılıq yoxdursa, ürək və damarlar  gərgin rejimdə işləyir ki, bu da nəticədə ürək-damar sistemi xəstəlikləri, ani ölüm, infarkt və insultun riskini xeyli artırır. Beləliklə, xəstə ona təyin olunan müalicə, pəhriz, fiziki aktivlik və s. tədbirlərin köməyi ilə təzyqini normaya, yəni 12/80 c.st.-a çatdırmalıdır.  
Həkimlər də təsdiq edir ki, bir çox insanlar hətta təzyiq normadan xeyli yüksək qalxdıqda özünü yaxşı hiss edir və təzyiqin qalxması onlarda heç bir simptomla özünü büruzə vermir.
Hipertoniyanın əsas təhlükəli xüsusiyyəti məhz onun gizli inkişaf etməsidir. Təzyiq daim qalxır, orqanizm bu təzyiqə öyrəşir, adaptasiya mexanizmi qoşulur. Lakin bu zaman orqanizmdə ciddi patoloji proseslər gedir ki, nəticədə bu çox ağır fəsadlar verə, insanın vaxtından tez ölümünə səbəb ola bilər.
Voloşinanın sözlərinə görə, hətta tam sağlam insanda təzyiq müəyyən səbəblərə görə (giziki aktivlik, stress, spirtli içkilərin qəbulu) və s. qalxa bilər. Lakin sağlam insanda təzyiq qalxdıqdan sonra 30 dəqiqəyə qədər vaxt ərzində özü özündən normaya düşməlidir. Əgər təzyiq daha uzun müddət ərzində normaya düşürsə, həkimə müraciət edin.
Həkim insanlara həftədə bir neçə dəfə müxtəlif saatlarda təzyiqi ölçməyi tövsiyə edir. Həmçinin bunu tək yaşlı deyil, cavan insanlar da daim etməlidir ki, hipertoniya vaxtında aşkar olunsun.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1330   Tarix: 13 yanvar 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

geymler 2026 kosmetoloq sac duzumleri konservləşdirilmiş məhsullar kitayski roza darcin faydasi qadın hüquqları kosmetika dostluq atalar sözü usaq geyimleri novruz bayramına aid hakışda pizza