Radioloqdan KƏSKİN İRAD: Bu, bizi məhv edə bilər!

Radioloqdan KƏSKİN İRAD: Bu, bizi məhv edə bilər!"Real yoluxma sayı açıqlanan rəqəmlərdən-test edilənlərdən onlarla dəfə çoxdur! Yəni real yoluxma sayı artıq demək olar ki, on minlərlədir! Ehtiyatlı olaq! Özümüzü qoruyaq! Qaydalara əməl edək! Demək ki, görünməyən düşmən çox təhlükəlidir!
Milli.Az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib. Həkim bildirib ki, son günlərdə ölkəmizdə koronavirus sürətlə yayılmaqdadır:
"İctimai nəqliyyatda çox sıxlıqlar var, inzibati nəzarət və aidiyyəti qurumların nəzarəti zəifdir, bütün bunlar düzdür, haqlı iradlardır. Amma gəlin görək biz bir vətəndaş kimi öz üzərimizə düşəni edirikmi? Mənim müşahidələrimə görə yox, etmirik. Qapalı məkanlarda hamımız maska taxırıqmı? Yox! Qapalı və açıq məkanlarda hamımız ara məsafəsi saxlayırıqmı? Yox! Əl tutub görüşənlər varmı? Bəli! Öpüşənlər varmı? Bəli! Qucaqlaşanlar varmı? Bəli! Yas yerlərinə toplaşanlar çoxdurmu? Bəli! Əl gigiyenasına riayət etməyənlər varmı? Bəli! Dezinfektantlardan istifadə etməyənlər varmı? Bəli! Açıq-aşkar xəstəlik əlamətləri ilə- qızdırma, öskürək, halsızlıq və s. əlamətlərlə işə gedənlər, cəmiyyət arasına çıxanlar varmı? Bəli, öz də çox. Xəstəlik əlamətlərini gizlədənlər varmı? Bəli, çox. Yaxşı, deyək ki, ictimai nəqliyyatla, maskalarla insanları yetəri qədər təmin etmirlər, doğrudur, razıyam. Bəs özümüzün edə biləcəklərimizi etməməyimizin adı nədir? Bu, bizi məhv edə bilər! Lütfən diqqətli olaq! İctimai nəzarəti özümüz etməliyik! Yetəri qədər etmirik, etiraf edək! Qapalı məkanlarda maska geyinməyənlərə irad tutaq, geyinməsini tələb edək! Ara məsafəsi saxlamayanlara, əl gigiyenasına əməl etməyənlərə, xəstə olduqları halda cəmiyyət arasına çıxanlara irad tutaq! Yas yerlərində toplaşmayaq! Yalnız bu halda yoluxma sayının azalmasına nail ola bilərik! Ən azı vaksin tapılana qədər bunları edək!"
Aydın Əliyev hər kəsin yerinə yetirməli olduğu qaydaları sadalayıb:
1. Qapalı məkanlarda maska geyinmək vacibdir!
2. Açıq məkanlarda maska geyinmək məsləhətdir!
3. Əllə görüşmək olmaz!
4. Qucaqlaşmaq olmaz!
5. Öpüşmək olmaz!
6. Yas yerlərinə getmək olmaz!
7. Qızdırmanız-hərarətiniz varsa, bayıra çıxmaq olmaz!
8. Qızdırmanız varsa, poliklinikanın sahə həkiminə, effekt olmasa təcili yardıma zəng edin!
9. Qorxmayın, panik olmayın! Qorxu, panika və stress immun sistemini zəiflədir!
10. Öz yanınızdan-özbaşına hər hansı müalicə, sistem və dərman preparatı qəbul etməyin!
11. Koronavirus xəstəliyi qorxulu deyil, qorxmayın!
12. Uşaqlar, yeniyetmələr və gənclər 99% hallarda COVID-19 xəstəliyini yüngül keçirir.
13. Əgər şəkərli diabet xəstəliyiniz varsa, koronavirusun hər hansı əlamətini özünüzdə hiss edirsinizsə- qızdırma, halsızlıq, öskürək, boğaz ağrısı, iybilmə və dadbilmə hissinin pozulması və s. dərhal təcili yardıma müraciət edin!
14. Belə şikayətləriniz varsa, işə getməyin! Kimisə yoluxdurub həyatına son qoya bilərsiniz, lütfən, başqalarını da düşünün!
15. Gün ərzində bir neçə dəfə əllərinizi etil spirti əsaslı dezinfektantlarla dezinfeksiya edin və sabunlu su ilə yuyun!
16. Adi, şəffaf qoruyucu eynəklərdən istifadə edin.
17. Bu qaydalara əməl etməyən insanlara irad bildirin!
18. Bütün qapalı və açıq məkanlarda 2 metr ara məsafəsi saxlayaq! (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1487   Tarix: 20 noyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

adlarin menasi gözəllik məhsulları yaz geyimleri 2026 qonaq otağı üçün pərdələr agil haqqinda atalar sözləri gelinlikler tursu qovurma kosmetika aysel veten haqqinda bayati big.az atalar sözü laylalar