Ramazanda ağız qoxusunun qarşısını alan ƏN EFFEKTLİ ÜSUL

Ramazanda ağız qoxusunun qarşısını alan ƏN EFFEKTLİ ÜSULTürkiyəli diş həkimi oruc tutan insanları xoşagəlməz ağız qoxusundan xilas olmağın ən effektli üsulları ilə tanış edib.

Diş həkimi sahurda və iftarda cəfəri, nanə, zəncəfil, darçından bol-bol istifadə etməyi tövsiyə edib. O, bu bitkilərin ağız qoxusunu aradan qaldırdığını bildirib. P.Kökdemir deyib ki, Ramazan ayı yay vaxtına təsadüf etdiyi üçün 17 saat ac qalırıq, bu isə ağızda quruluq və qoxulara yol açır: "İftardan və ya sahurdan sonra dişlər fırçalanmadıqda ərzaq artıqları ağızda yığılır və qoxuya səbəb olur. Uzun müddət təmizlənməyən ağızda diş əti iltihabı başlayır və bu iltihab da qoxuya yol açır. Odur ki, iftardan və sahurdan sonra yemək artıqlarını uzaqlaşdırmaq üçün dişləri mütləq ən azı iki-üç dəqiqə fırçalayın, sonra isə qarqara edin".

Onun sözlərinə görə, iftarda bol suyla birlikdə yaşıl çay, sahurda isə bir stəkan soyuq süd içmək ağız qoxusunu təravətləndirir: "Bununla bərabər ağız qoxusunu əngəlləmək üçün bitkilərdən də istifadə etmək olar. Cəfəri, nanə, zəncəfil, şüyüd, adaçayı, darçın, yaşıl çay, okaliptus, hil, və keşniş də ağız qoxusunu aradan qaldırır. Bəzilərini çiy şəkildə udmaq, bəzilərini isə çay şəklində dəmləyib içmək müsbət nəticə verir. Həmçinin sahurda bir stəkan soyuq süd də iyi azaldır".

Mütəxəssis tərkibində sprit olan qarqara vasitələrindən istifadə etməməyi məsləhət görüb:
"Tərkibində spirt olan qarqara vasitələri ağız quruluğunu daha da artırır. Dişləri fırçalamayıb, sadəcə, qarqarayla diş üzərindəki ərpi uzaqlaşdırmağa çalışmaq son dərəcə yanlışdır. Əksinə bu, ağız qoxusunu şiddətlədnirir. Oruclu ikən suyu udmamaq şərtilə gün ərzində ağızda suyu çalxalamaq bakteriyaları və ağız qoxusunu azaldır".

mənbə: publika

Xəbərlər     Baxılıb: 2319   Tarix: 26 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR

Gəzərkən artan ağrı, ayaqlarda uyuşma və qısa məsafədən sonra dincəlmə ehtiyacı onurğa kanalının daralması xəstəliyinin ilkin əlamətləri ola bilər. Xüsusilə 55-60 yaşdan sonra daha çox rast gəlinən bu problem irəlilədikd

.

Süfrəmizdəki təhlükə - Həkimdən XƏBƏRDARLIQ

Qidalanma vərdişləri böyrək daşı xəstəliyinin yaranmasında mühüm rol oynayır. xəbər verir ki, bu barədə türkiyəli urologiya mütəxəssisi Mustafa Suat Bolat məlumat verib. Onun sözlərinə görə, zülalın həddindən artıq qəbul

turlar.az

yay geyimləri 2026 makiyaj etmek qaydalari həkim məsləhəti oxucu mektubu ana və uşağın ev məktəbi ilhamə qasımova milli yeməklər kosmetika toyuq salati kley lekesi aybawi namiq qaraçuxurlu novruza aid hakistalar