Raxit

RaxitRaxit xəstəliyi orqanizmdə D vitamininin çatışmadığı üçün baş verir. Elə ona görə də bu xəstəliyin ikinci adı D vitamininin çatmazlığı adlanır. D vitamininin çatmazlığı adətən normal həyat şəraitinin orta səviyyədən aşağı olmsı ilə ( düzgün, normal qidalanmamaq, tərkibində D vitaminli olan qidalardan lazımi qədər qəbul etməmək) və ya qəbul edilmiş qidaların bağırsaqlardan normal sorulmaması səbəbindən baş verir. Orqanizmdə D vitaminin çatmazlığı insanin sağlam həyat tərzi keçirmək üçün lazım olan kalsium və fosforun da bağırsaqlaradan sorulma prosesini pozur. Halbuki, kalsium və fosfor insanın sümükləri üçün bir növ tikinti materialı sayılır. D vitamini çatmazlığı zamanı sümüklər kövrəkləşir, yumşalır, əyilir. Bundan başqa orqanizmdə ürək damar sistemi, əsəb sistemi, qan damar sistemi, tənəffüs orqanları, əzələlər də zədələnirlər. İnsan dərisi  D vitamınini Günəş şüalarından da qəbul edə bilir. Bu ultrabənövşəyi şüaları uşaq körpə vaxtında dəri vasitəsilə qəbul etsə özünə lazımi qədər D vitamini almış olur. D vitamininin çatışmazlığı bağırsaqların bəzi xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Bunlara enterokoliti, bəzi bağırsaq infeksiyalarını misal göstərmək olar. Mədəaltı vəzin və qaraciyərin xəstəlikləri də D vitamininin orqanizmdən pis sorulmasına səbəb olur.
XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ:
Xəstəliyin əlamətləri körpənin 2-3 aylığından özünü göstərməyə başlayır. Bu əlamətləri ana özü hiss edə bilir. Belə ki, uşaq həddindən çox tərləməyə başlayır. Tərləmə o qədar çox olur ki, ana hər dəfə uşağın yastığına baxanda yastıqda tər izləri görür. Uşaq başının arxa hissəsini yastığa tez-tez sürtdüyünə görə həmin hissənən tükləri tökülür. Müalicə vaxtında olunmazsa uşağı ümumi vəziyyətində ağırlaşmlar baş verir. Uşaq pis yemək yeyir, dərialtı piy toxumasının fəaliyyəti tamamilə azalır, dərisi solğunlaşır. Xəstə uşağın dərisində vena damarları qabarıq nəzərə çarpır, uşaq meteorizmdən əziyyət çəkir, əsəbi olur, hər şeydən səksənir. Körpənin xarici əlamətlərində də gözlə görünə bilinəcək dəyişikliklər baş verir. Onun başının ölçüsü böyüyür, alın sümükləri qabağa çıxır, gözləri iriləşir, bərəlmiş bir vəziyyət alır. Uşaq gəzməyə başladıqda ayağını yerəbasma tərzinə uyğun olaraq ayaq sümükləri əyilir. Ayaqlar ya O, ya da X şəklini alır. Raxitin ayaqda əmələ gətirdiyi qüsurlardan biri də yasdıdabanlılıqdır. Belə uşaqlar çox çətinliklə yeriyirlər, onlar tez-tez yıxılırlar. Onların onurğa sütunu zərər görür, dişəri isə gec çıxır, qarınları böyük olur, bağırsaqları yaxşı işləmir. Belə uşaqlar ağciyər xəstəliklərinə və vərəmə daha tez yoluxurlar.
MÜALİCƏSİ:
Xəstəlik nə qədər erkən aşkar edilərsə, müalicəsi bir o qədər tez təsir edər. Xəstəliyin müalicəsi onun etiologiyasından və dərəcəsindən asılıdır. Xəstəyə bol vitaminlərlə zəngin qida və Günəş şüaları altında gəzinti məsləhət görülür. Qidalar orqanizmə yaxşı həzm olsun deyə bağırsağın fəaliyyətini yaxşılaşdıran müalicə təyin olunur.
PROFİLAKTİKASI:
Ana hamiləliyin son aylarında və uşaqəmizdirmə dövründə profilaktika məqsədilə D vitamini qəbul etməlidir. Süni qida ilə qidalanan uşağa həyatının ilk aylarında həkimin məsləhəti ilə vitamin D verilməlidir. Pediatrın məsləhəti ilə körpəyə vaxtında verilən D2 vitamini və balıq yağının bu xəstəliyin əmələ gəlməməsində oynadığı rol əvəzolunmazdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1746   Tarix: 25 fevral 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

gözəllik məhsulları yay kolleksiyasi sade makiyaj sekilleri dirnaq berkiden maskalar aybasi geyimler 2026 seksual qadinlar kosmetika masqalar şəhid üzeyir hacıbəyli terezi novruz bayramına aid hakışta