"Receb İvedik" azərbaycanlılara görə o kadrı filmdən sildi - Video-müraciət
Türkiyəli aktyor Şahan Gökbahar yeni çəkdiyi "Receb İvedik 5"də yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsini filmdən çıxarıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə aktyor İnstaqram hesabında paylaşdığı videoda bildirib.
"Bildiyiniz kimi, iki gün öncə "Receb İvedik 5"in fraqmentini yayımladıq. Filmi çox böyük bir maraqla qarşıladınız, 10 milyondan çox izlənmə oldu. Bizi bununla qürurlandırdınız, çox təşəkkür edirik.
Onu deyim ki, filmdə azərbaycanlı boksçu ilə olan səhnə böyük səs-küyə səbəb olub. Mən filmlərimi gülmək və güldürmək üçün çəkirəm. Hər zaman da belə etmişəm.
Azərbaycan türkü qardaşımın narahatlığı könlümü yaralayar, bu, mənə xoş olmaz. Həmin səhnəni filmimdən sevə-sevə çıxarıram. Bu, qardaşlığımın, dostluğumun mərd şəkildə sübutu olsun. Həm də pis niyyətlə filmimin üzərinə gedən insanların oyunu pozulmuş olsun. Hamınızı çox sevirəm. Haqqınızı halal edin".
Xatırladaq ki, Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AK partinin Adana üzrə millət vəkili Necdet Ünüvar da həmin döyüş səhnəsinə etiraz edərək onun filmdən çıxarılması üçün prodüserlə Ş. Gökbahara məktub yazacağını söyləmişdi.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir
Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Rihanna müəlliminə ev aldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Space TV-də bu veriliş də yayımlanmayacaq