Rəfiqəsi ilə gəzməyə gedən qızın başını kəsdilər - FOTO
Şimali Afrikaya səyahətə çıxan iki qız qətlə yetirilib.
BiG.AZ milli.az-a istinadla xəbər verir ki, Mərakeşə yollanan iki qızın başı kəsilib.
Hadisə ilə bağlı 3 nəfər saxlanılıb.
Turistlərdən biri Danimarkadan, digəri isə Norveçdəndir. Onların hər ikisinin 20-dən artıq yaşı var.
Mərakeşin İmlil kəndində yürüş edən 24 yaşlı Louisa Jespersen ilə 28 yaşlı Maren Ueland-in cəsədi meşəlik ərazidəki çadırdan tapılıb.
Hadisə şahidlərindən biri Morocco World News-a şübhəlilərin qızların qurduqları çadırın yaxınlığında gəzişdiyini söyləyib.
Qızı öldürənlərdən biri bilmədən şəxsiyyət vəsiqəsini hadisə yerində düşürüb. Vəsiqə sayəsində şübhəlilər tutulublar.
Cinayətlə bağlı araşdırmalar davam etdirilir.










İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir