Reflüks nədir? Hansı səbəblərdən yaranır?

Reflüks nədir? Hansı səbəblərdən yaranır?Qastroezofageal reflüks mədə möhtəviyyatının qida borusuna geri qayıtması hadisəsidir. Əgər bu hal qida borusunda eroziya yaradırsa və dispeptik şikayətlərə səbəb olarsa, o zaman Qastroezofageal reflüks xəstəliyi (QERX) adlanır. Reflüks xəstəliyi insanların həyat keyfiyyətini aşağı salmaqla yanaşı, qida borusunda daralma, eroziyalar, barret ezofaqus kimi xərçəngönü vəziyyətlərə gətirib çıxara bilər.
Reflüks əlamətləri nələrdir?
Bioloji Təbabət Klinikasının qastrentoloqları bildirir ki, reflüks tipik və atipik olmaqla iki əlamətə sahibdir.
Tipik əlamətlər. Döş sümüyü arxasında yanma hissi, yeyilən qida qalıqlarının ağıza qayıtması, ağızda acı, turş su gəlməsi kimi əlamətlər tipik aləmətlərə aiddir.
Atipik əlamətlər. Öskürək, laringit, astma, dişdə eroziyalar, sinədə ağrı, sinusit, faringit, təkrarlanan orta qulaq iltihabı isə atipik əlamətləridir.
Reflüksun yaranmasının səbəbləri nələrdir?
Reflüks bir çox amilə əsasən yaranır. Bunlar arasında həm həyat tərzinə dair vərdişlər, həm tibbi vəziyyətlər yer alır. Klinikanın həkimləri qeyd edir ki, aşağıdakılar reflüks yaranmasının səbəbləri sırasında yer alır?
ezofaqus alt sfinkter tonusunun zəifləməsi;
diafraqm yırtığı;
bəzi dərman maddələri;
piylənmə;
hamiləlik;
şəkərli diabet;
siqaret.
Reflüks diaqnozu necə qoyulur?
Bioloji Təbabət Klinikasının həkimləri bildirir ki, ilk növbədə endoskopiya müayinəsi ilə xəstədə reflyüksün ağırlaşma verib-verməməsini aydınlaşdırmaq lazımdır. Hal-hazırda dünyada reflüksün diaqnozunun qoyulması üçün ph-metriya müayinəsinin aparılması vacib sayılır.
Qeyd edək ki, Bioloji Təbabət Klinikasında da müasir standartlara cavab verən 24 saatlıq ph-metriya və impedans monitorinq müayinəsi icra edilir. 24 saat ərzində xəstədə reflüks olub-olmaması təyin olunur və hər xəstəyə individual müalicə tətbiq edilir.
Reflüks müalicəsi necə aparılır?
Reflüks müalicəsi bir sıra üsullarla aparılır. Klinikanın həkimləri bildirir ki, bu üsullara ənənəvi dərmanlar, pəhriz və həyat tərzi dəyişiklikləri, başı dik yatmaq,cərrahi müdaxilə daxildir.
Ənənəvi Dərmanlar: Müəyyən dərmanların qəbulu mədə turşusunu neytrallaşdırmaq və ya onun istehsalını azaltmaqla simptomları azaltmağa kömək edə bilər. Lakin uzun müddətli istifadə həkim nəzarəti altında olmalıdır, çünki hər bir dərmanın yan təsirləri ola bilər.
Pəhriz Dəyişiklikləri: Yemək vərdişlərini tənzimləmək reflüks simptomlarını idarə etmək üçün vacib bir məsələdir. Xüsusilə yatmazdan əvvəl ağır yemək yeməmək, yeməkdən sonra uzun müddət uzanmamaq, ədviyyatlı, turşulu, yağlı və kofeinli qidalardan uzaq durmaq faydalı olacaqdır.
Həyat tərzi dəyişiklikləri: Reflüks simptomlarını aradan qaldırmaq üçün həyat tərzinizi tənzimləmək vacibdir. Siqaret çəkmək və spirtli içki qəbul etmək reflüks əlamətlərini artırır və ona görə də bu vərdişlərdən qaçınmaq lazımdır.
Başı dik yatmaq: Yatarkən başınızı qaldırmaq mədə möhtəviyyatının yemək borusuna qayıtmasının qarşısını alacaqdır. Yatarkən hündür yastıqlardan istifadə etmək bu üsulu həyata keçirmək üçün praktik üsuldur.
Cərrahi müdaxilə: Dərmanlar və həyat tərzi dəyişiklikləri ilə simptomları idarə edə bilməyən bəzi xəstələrdə cərrahi müdaxilə tələb oluna bilər. Fundoplikasiya adlanan cərrahi əməliyyatda mədənin yuxarı hissəsi özofagusa sıx şəkildə bağlanır və bununla da reflüksün qarşısı alınır. Ancaq bu əməliyyatın fəsadlarının qarşısını almaq üçün ezofaqus manometriya və ph-metriya müayinəsinin aparılması vacibdir.
Reflüks Müalicəsində İnteqrativ Təbabətin Rolu
Reflüks müalicəsində inteqrativ təbabət üsullarından akapunktura, homeosiniatriya, yoqa, antihomotoksik dərman preparatları, mineral və vitamin əlavələrindən istifadə edilir. Bu metodlar qida borusunun turş möhtəviyyatla zədələnməsinin qarşısını alır, qida borusunu, selikli qişasının tamlığını bərpa edir, qida borusu alt sfinkterinin tonusunu artırır və reflüks xəstəliyinin tam müalicəsində effektiv üsul sayılır.
Bioloji Təbabət Klinikasının qastrentoloqlar bildirir ki, müalicə planın təyini mütləq bir tibb işçisi ilə edilməlidir. Çünki reflüks müalicəsi fərdi yanaşma tələb edir və hər bir xəstə fərqlidir, buna görə də bir peşəkar qastrentoloqdan məsləhət almaq vacibdir. / milli.az

Xəbərlər     Baxılıb: 1434   Tarix: 01 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək

Son illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibl

.

Tər çox güclü dərman imiş

Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər. -a istinadə

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

Yuxu üçün ideal otaq temperaturu neçədir?

Yuxu üzrə mütəxəssis Brayan Çen rahat və keyfiyyətli yuxu üçün ideal otaq temperaturunu açıqlayıb. xəbər verir ki, bu barədə " məlumat yayıb. Mütəxəssis bildirib ki, ideal temperatur 15,5-19,4 dərəcə arasında olmalıdır

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Su içmək üçün ən doğru vaxtlar

Orqanizmin sağlam fəaliyyəti üçün gün ərzində kifayət qədər və düzgün vaxtlarda su içmək böyük əhəmiyyət daşıyır. qafqazinfo-ya istinadən xəbər verir ki, su istehlakı bədən istiliyinin tənzimlənməsinə, həzm sisteminin işləməsin

.

Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur

Fransada aparılan və "European Heart Journal"da dərc olunan genişmiqyaslı araşdırma gündəlik istehlak etdiyimiz paketli qidalarda olan bəzi qoruyucu maddələrin ürək və damar sağlamlığı üçün ciddi risk yaratdığın

.

Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı

Hər saatda cəmi beş dəqiqəlik qısa fasilə vermək uzun müddət oturmağın sağlamlığa mənfi təsirlərini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur. "British Journal of Sports Medicine" jurnalında dərc oluna

turlar.az

qadin sayti geyim dəbləri qadin dunyasi qizliq perdesinin berpasi xinayaxdi sozleri fotoqaleriya badimcan murebbesi kosmetika mekteb eqreb öpüşme novruz bayramına aid hakışta bayati