Uzunömürlü olmaq üçün ideal çəki açıqlandı
Son dövrün məlumatlarına əsasən, bədən kütlə indeksi (BKİ) insan ömrünün uzunluğunu proqnozlaşdırmaqda mühüm rol oynayır.
Milli.Az xəbər verir ki, rusiyalı mütəxəssis Olqa Romaşina "Veçernyaya Moskva" nəşrinə verdiyi müsahibədə bildirib ki, uzunömürlülük üçün optimal BKİ 18,5 ilə 24,9 aralığında hesab olunur. Qeyd olunur ki, uzunömürlü insanlar arasında bu göstərici çox zaman normanın yuxarı həddinə yaxın olur.
"Bu, onu göstərir ki, az miqdarda artıq çəki sağlamlıq üçün faydalı ola bilər," - deyə Romaşina bildirib.
BKİ-ni hesablamaq üçün sadə bir formula var:
Çəki (kq) ÷ boyun kvadratı (metrlə)
Məsələn: 70 kq çəkisi və 1,75 m boyu olan insan üçün:
70 ÷ (1,75 × 1,75) = 22,86
Lakin mütəxəssis xəbərdarlıq edir ki, BKİ hər zaman sağlamlığın dəqiq göstəricisi deyil. Məsələn, əzələli bədən quruluşuna malik idmançılarda bu indeks normadan yüksək ola bilər. Sağlamlığı qiymətləndirərkən fərdi xüsusiyyətlər, fiziki aktivlik və zərərli vərdişlərin olub-olmaması da nəzərə alınmalıdır. (baku.ws)
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi