"Reina" terrorçusunun arvadından ŞOK AÇIQLAMA: "Dedilər ki, ərim..." 

"Reina" terrorçusunun arvadından ŞOK AÇIQLAMA: "Dedilər ki, ərim..." "Reina" terrorçusunun arvadı məhkəmədə yeni bilgilər verdi
İstanbuldakı "Reyna" gecə klubunda törədilən terror aktıyla bağlı daha 1 nəfər həbs edilib. Türməyə göndərilənlərdən biri də qətliamı həyata keçirən terrorçu Əbdülqadir Maşaripovun həyat yoldaşı Zarina Nurullayevadır.
Z.Nurullayeva məhkəmədə həm həyat yoldaşının dediklərini təkzib edib, həm də dövlətdən oğlunun tapılması üçün yardım istəyib.
Həyat yoldaşının İŞİD-ə biət etdiyini deyən Nurullayevanın sözlərinə görə, Maşaripov ona İŞİD-ə qatılmaq üçün Suriyaya getmələrinin vacibliyini söyləyib. Şübhəli Nurullayeva həmçinin istintaq zamanı ərinin etdiyi terrordan sonuncu saxlanılan zaman xəbərdar olduğunu deyib: "Mənə yönəldilən ittihamların çoxu yalandır. 20 gün boyunca qaldığım evdə İŞİD ilə bağlı bir mövzu açılmadı və onların da İŞİD üzvü olmaları ilə bağlı heç bir məlumatım yoxdur. Mənim Türkiyəyə gəlməyimdən 1 il ötüb. Ərim Əbdülqadir Maşaripov ilə birlikdə İrandan Türkiyəyə gizli yollarla gəldik. Heç bir qadına "burda qalsanız, ziyan görərsiniz" deyə bir söz demədim".
Nurullayeva onu da deyib ki, həyat yoldaşı hadisədən 3 gün əvvəl evdən çıxıb: "Nə etdiyi ilə bağlı heç bir məlumatım yoxdur. Həyat yoldaşım kompüterlə məşğul idi. Hadisədən sonra məni bir mənzildən digərinə aparanda həyat yoldaşımı soruşdum. Dostu mənə "çox şey soruşma" dedi. Biz saxlanılmadan öncə iki nəfər gəlib uşağı geyindirməmi və İrana aparacaqlarını, həyat yoldaşımın da bundan xəbəri olduğunu dedi".
Şübhəli Nurullayeva eyni zamanda deyib ki, əri Pakistanda İŞİD-ə biət edirdi: "Həyat yoldaşıma dedim ki, burda İŞİD yoxdur, sən kimə biət edirsən? Dedi ki, burda təmsilçisi var, ona biət etdim. Mənə sadəcə dedi ki, İŞİD-ə qatılmaq üzrə Suriyaya getməliyik. Yoldaşım biət etmədən öncə mən öz-özümə qərar vermişdim. Türkiyəyə getməklə bağlı anamla danışdım. Əgər Türkiyəyə getsəm, anam da gələcəkdi. Bizim yaşadığımız bölgədə müharibə vardı. Buna görə də Türkiyədə qalmaq üçün qərar vermişdim. Ərimə də dedim ki, mən səninlə Suriyaya gəlməyəcəm".
Nurullayeva eyni zamanda deyib ki, terrordan sonra bir evdən başqasına aparılıb. Onu aparan şəxslər isə "ərinin yasını tut" deyiblər: "Ancaq daha sonra gələrək, "yas tutmağına ehtiyac yoxdur, həyat yoldaşın ölməyib" dedilər. Bunu deyənin üzünü görmədim. Ona həyat yoldaşımın başına nə iş gəldiyini, niyə şəhid olduğunu soruşdum. Cavabı belə oldu ki, "ərin böyük işlər gördü". Polislər məni aparana qədər baş verənlərdən xəbərim yox idi. Saxlanan vaxt bildim ki, ərim "Reyna" terrorunu gerçəkləşdirib".
Terrorçunun həyat yoldaşı eyni zamanda cib telefonundan istifadə etmədiyini də deyib: "Mənim telefonum yoxdur. Olduğum yerdə bir qadının telefonu var idi. O qadından "ərindən soruşa bilərsənmi ki, ərim hardadır" soruşdum. Amma qadının əri "oturun oturduğunuz yerdə" dedi. Oğlumu tapmağıma yardım edin. Sərbəst buraxılmağımı tələb edirəm. Ərim də məni atdı, iki uşaqla ortada qaldım". (musavat.com)

Xəbərlər     Baxılıb: 1992   Tarix: 05 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ən sağlam ət növü AÇIQLANDI

Bir çox insanın qərəzlə yanaşdığı və hətta mətbəxlərinə daxil etməkdən çəkindiyi bu qida, bədənin ehtiyac duyduğu əsas vitaminləri təkbaşına təmin etmək gücünə malikdir. xəbər verir ki, bu xüsusi növ immunitet sisteminiz

.

Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun

Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, kardiologiy

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

.

Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA

Sinir liflərini qorumaq, D vitamini sintez etmək və hormonların yaranması üçün vacib sayılan yumurta yüksək qida dəyəri ilə seçilir. xəbər verir ki,mütəxəssislər bildirirlər ki, yumurta zülal baxımından ən keyfiyyətli qidalarda

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

turlar.az

sac duzumleri gelinlikler adlarin menasi 2026 geyimi balqabaq plov cinsi sağlamlıq gözəl xanım kosmetika qaynanaya aid maya maskasi rus dilin nece orenek sirin qogal kley lekesi