"Reina" terrorunda yeni iz - Saxlanılanların evindən Azərbaycan pasportları tapıldı (FOTO)

İnsanları güllələyən şəxslə bağlantısı olduğu ehtimal edilən 3 ailə tutuldu

Türk polisi Yeni il gecəsi "Reina" gecə klubunda qətliam törədərək 39 nəfərin ölümünə səbəb olan hadisə ilə bağlı əməliyyatlara davam edir. İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, İzmir terrorla mübarizə və kəşfiyyat idarəsi əməkdaşları qətliamı törədən şəxslə bağlantısı olduğu ehtimal edilən evlərə basqın edib. Terrorçu ilə bağlantı ehtimalı olduğu 3 ailənin üzvləri saxlanılıb. Saxlanılanlardan 11-i qadın, 9-u kişi, 20-i isə uşaq olub.

İstanbul terrorunu İŞİD üzərinə götürdü
Məlumata görə, İŞİD terorrorçularına qarşı kəşfiyyat məlumatı nəticəsində saxlanılanlar Mərkəzi Asiya və Şimali Afrika ölkələrindəndirlər.

Onların qaldıqları evlərdən çoxu saxta olan 41 ölkəyə aid pasportlar, mobil telefonlar, GPS cihazı, gecə görünüşünü təmin edən qurğu, snayper silahının nişangahı və s. əşyalar aşkar edilib. Polis şübhəlilərin evlərindən tapılanların fotolarını da yayıb. Onların arasında Azərbaycana məxsus ümumvətəndaş pasportları da olub.

Əcnəbilərin Konyadan izmirə gəldikləri, şübhə çəkməmək üçün ailələri ilə birlikdə ev kirayədikləri açıqlanıb. İndi onların "Reina" terroru ilə əlaqələrinin olub-olmadığı araşdırılır.

Xatırladaq ki, "Reina"da terror aktı yanvarın 1-də gecə saatlarında - insanlar yeni ili qarşılayandan bir neçə dəqiqə sonra törədilib. Kluba girən əli silahlı şəxs qarşısına çıxan hər kəsi güllələyib. Daha sonra isə hadisə yerindən qaça bilib. Nəticədə 39 nəfər həlak olub. Onların arasında azərbaycanlı - 28 yaşlı Nuranə Həsənova adlı qadın da var.
"Reina" terrorunda yeni iz - Saxlanılanların evindən Azərbaycan pasportları tapıldı (FOTO)"Reina" terrorunda yeni iz - Saxlanılanların evindən Azərbaycan pasportları tapıldı (FOTO)"Reina" terrorunda yeni iz - Saxlanılanların evindən Azərbaycan pasportları tapıldı (FOTO)

Xəbərlər     Baxılıb: 1528   Tarix: 05 yanvar 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

turlar.az

aksessuarlar qadin dunyasi yemek reseptleri hamilə qadın badam qadın və kişi qadın və cəmiyyət kosmetika aydin sani dolca novruz hakısdası muellim seiri hakışda