Rektor hüzrdə, prorektor hüzndə və boş qalan UNİVERSİTET - REPORTAJ/FOTO

Rektor hüzrdə, prorektor hüzndə və boş qalan UNİVERSİTET - REPORTAJ/FOTOÖtən gün Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.
Maraqlıdır ki, universitetin mətbuat xidmətindən media qurumlarına verilən açıqlamada xəbərin təkzib edilməsi məsələ ətrafında əlavə suallar yaratdı. Çaşqınlığa və qeyri-müəyyənliyə aydınlıq gətirmək üçün sözügedən ali məktəbə yollandıq.
ÖNCƏ KİÇİK BİR ARAYIŞ
Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti ali təhsil müəssisəsi kimi 1992-ci ildən fəaliyyətə başlayıb. Azərbaycan Kommersiya İnstitutunun hüquqi varisidir.
Dövlət Ali Ekspert Komissiyasının rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə "Təfəkkür" Universiteti qeyri-dövlət ali təhsil müəssisəsi kimi qeydə alınıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təfəkkür" Universitetinin qeydiyyata alınması haqqında" 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında 29 may 1996-cı il tarixli 67 saylı qərarına əsasən "Təfəkkür" Universiteti Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti adlandırılıb.
Təhsil nazirinin "Magistraturanın yaradılması barədə" 30 aprel 1999-cu il tarixli 295 saylı əmri ilə universitetdə magistr hazırlığına icazə verilib.
Universitetdə Biologiya müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İbtidai sinif müəllimliyi, Xarici dil müəllimliyi, Jurnalistika, Maliyyə, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Nəqliyyat tikintisi mühəndisliyi, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasları tədris olunur.
Təhsil müddəti əyani şöbədə 4 il, qiyabi şöbədə isə 5 ildir.
NƏZAKƏTLİ MÜHAFİZƏÇİ, SEVİNƏN TƏLƏBƏLƏR
Adətən, belə vəziyyətlərdə universitet olsun, başqa müəssisə olsun, mühafizəçilərə tapşırıq verilir ki, jurnalist gələrsə, rəhbərlikdən kimsə yoxdur, deyib yola salın. Bu dəfə elə olmadı. Mühafizəçi bizi mehribanlıqla qarşıladı və bildirdi ki, keçin içəri, prorektor bütün suallarınıza cavab verəcək.

Qış imtahan sessiyası dövrü olduğu üçün universitetin dəhlizində az sayda tələbə gözə dəyirdi. Əksəriyyəti də sonuncu kurs tələbələriydi. Onlar da universitet bağlanmamış təhsili bitirdiklərinə sevinirdilər. Onlar tələbəlik illərini geridə qoyacaqlar. Elə "Təfəkkür" Universiteti də son məzunlarını yola salacaq...
Bizi prorektor İlham Musayev qarşıladı. Bildirdi ki, rektor Rahim Hüseynovun ailəsində hüzr olduğu üçün bu gün universitetdə deyil.
"GÖZLƏMİRDİK..."
İlham müəllim universitet fəaliyyətə başlayandan burada çalışır. Nə qədər məyus olduğunu gizlətməyə çalışsa da, bunu sezməmək mümkün deyildi.
Prorektor deyir ki, bu qərarı gözləmirlərmiş: "Ötən ilin oktyabr ayında Müşfiq Atakişiyev səhhətindəki problemlərə görə rektorluqdan imtina etdi. Həmin vaxt rektor Təhsil Nazirliyinə maddi sıxıntılar barədə məlumat verib.
Müşfiq Atakişiyevdən sonra rektor Rahim Hüseynov oldu. Biz işin sonrakı gedişatından xəbərsiz qaldıq. Doğrusu, düşündük ki, keçmiş problemlər arxada qaldı. Yalnız dünən qərar çıxanda universitetin bağlandığını öyrəndik. Rektorun ailəsində hüzr var deyə bu gün universitetdə deyil".
İlham Musayev deyir ki, 2016-2017-ci tədris ilində "Təfəkkür" Universitetində plan yerlərinin 50 faizi boş qalıb: "Bu tədris ilində 50 faiz tələbə qəbulu apara bildik. Universitetə daxil olub, amma ödəniş məsələsində problemlər yarandığı üçün qeydiyyata düşməyən tələbələr də vardı.
Maddi sıxıntılar tək "Təfəkkür" Universitetində deyil. Amma biz əməkdaşlarımızın maaşlarını vaxtı-vaxtında ödəyirdik. Ötən ildən noyabrın maaşlarını əməkdaşlar alıb. Dekabr isə hesablanıb, planlaşdırırdıq ki, maaşları yaxın vaxtda ödəyək. İşçilərimiz hansı müddətə kimi işləsə, həmin günədək maaşlar ödəniləcək. İnsan işləyirsə, maaşını da almalıdır".
Prorektor deyir ki, təhsil müəssisəsi əhalinin maddi vəziyyətini nəzərə alaraq, təhsil haqları azaldılıb: "2016-2017-ci tədris ilində 1-ci kursda təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq 1800-1900 manat təhsil haqqı müəyyən edilib. Qərar verdik ki, təhsil haqqı 2000 manatı keçməsin. Şəhid, məcburi köçkün və imkansız ailələrdən olan tələbələrə təhsil xərcinin ödənilməsində güzəştlər edilirdi".
Əvvəllərsə bu rəqəmlər daha yüksək olub. Məsələn, 2-ci kurs tələbələri 2000-2200, xarici dillər üzrə təhsil alan 3-cü kurs tələbələri isə 2400 manat ödəyir.
Hazırda "Təfəkkür" Universitetində 750 tələbə təhsil alır. Onlardan 124 nəfər IV kursda oxuyur və bu ilin məzunlarıdır.
İlham Musayevin sözlərinə görə, universitetdən xaric olunan tələbələr də var: "Təhsil haqqı ödəməyən, dərsə gəlməyən və digər səbəblərə görə universitetdən xaric olunan tələbələr var. 124 nəfər IV kursda təhsil alır. İmtahanlardan sonra neçə nəfərin diplom alacağı dəqiq bilinəcək".

Prorektor ki, "Təfəkkür" Universitetini normal təhsil verən ali məktəblər sırasında olduğunu deyır: "Bu yaxınlarda Dövlət İmtahan Mərkəzinə sorğu göndərdik. Məlum oldu ki, Dövlət Qulluğunu imtahanında iştirak edən məzunlarımız yaxşı nəticə göstərib. Biz deyə bilmərik ki, tələbələrin hamısı yaxşı oxuyur. Amma, ümumi nəticələrimiz yaxşıdır".
BƏS MÜƏLLİMLƏR?..
"Təfəkkür" Universitetinin 180-ə yaxın əməkdaşı var. Onların taleyinin necə olacağı isə məlum deyil... İlham Musayev deyir ki, universitet özəl ali məktəb olduğu üçün işçilərini işlə təmin etməsi mümkünsüzdür: "Bizim universiteti dövlət hesabına maliyyələşmir ki, müəllimləri hansısa universitetə yerləşdirək. Universitet açılandan burada işləyirəm. Mənimçün də buradan ayrılmaq çətindir".
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupu yaradılıb.
"Təfəkkür" Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017/2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun formalaşdırılması üçün 2 ay vaxt verilib. (Teleqraf.com)

Xəbərlər     Baxılıb: 2600   Tarix: 17 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Saqqal saxlayan kişilər bunları bilməlidirlər

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, kişilərin saqqalı bəzi hallarda itlərin tüklərindən belə çox mikrob daşıya bilər. xəbər verir ki, mikrobioloqların apardığı araşdırmalara əsasən, saqqal bölgəsində yüksək rütubə

.

Yayda günvurma təhlükəsi artır – Mütəxəssislərdən xəbərdarlıq

Havaların kəskin isti keçməsi günvurma hallarını artırır. Xüsusilə yaşlılar, uşaqlar və açıq havada çalışan insanlar risk qrupuna daxildir. xəbər verir ki, həkimlər xəbərdarlıq edir ki, günəşin ən aktiv olduğu saatlarda əsasə

.

100 il yaşaya bilmək üçün yuxu rejimimiz necə olmalıdır?

100 il yaşamaq istəyən bir insan üçün yuxu rejimi, uzunömürlülüyü təmin edən əsas amillərdən biridir. Alimlərin araşdırmalarına və "mavi zonalar"da (dünyada uzunömürlülüyün yüksək olduğu bölgələr) aparılan müşahidələr

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Erkən hamiləliyin fəsadı

Hamiləlik və doğum qadın üçün həmişə ölümlə nəticələnə bilər. Əlbəttə ki, burada yaşın da rolu var. Təəssüf ki, ana olanlar arasında yeniyetmələr var. xəbər verir ki, bu barədə Həkim Pərvanə Mustafayeva -a açıqlamasında 15-1

.

Çəki itkisi deyil, psixoloji çöküş: Anoreksiya nədir?

Türkiyədə sosial media fenomeni Nihan Candanın anoreksiya nevroza (nevrotik anoreksiya) səbəbilə həyatını itirməsi bu xəstəliyi yenidən gündəmə gətirib. . xəbər verir ki, görünüş təzyiqi və psixoloji travmaların səbəb olduğ

.

Moruqla arıqlaya bilərsiniz

Tərkibindəki bir çox vitamin sayəsində immuniteti gücləndirən moruq eyni zamanda artıq çəkidən əziyyət çəkən insanların da ən yaxşı köməkçisidir. xəbər verir ki, 3 gün boyunca edəcəyiniz pəhrizlə 2-4 kiloqramadək çəki itir

.

Yodla zəngin qidalar

Yodla zəngin qidalar qalxanabənzər vəzin normal işləməsi və hormon balansı üçün vacibdir. xəbər verir ki, Yod çatışmazlığı qalxanabənzər vəz problemlərinə, halsızlığa, zehni zəifliyə və digər ciddi pozuntulara səbəb ola bilər

.

Belin ağrıyır? - Alimlər deyir ki, gəzən adamlar

Norveç alimləri gündəlik uzun gəzinti ilə bütün dünyada yayılmış xroniki bel ağrısının qarşısının alınması arasında birbaşa əlaqəni aşkar edən kohort təhlili aparıblar. xəbər verir ki, bu barədə "Nnaked- " məluma

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadın geyimi makiyaj etmek qaydalari geyim şəkilləri pul kisəsi aybaşı qabyuyan masin findiq yaginin faydalari məsəllər qaynana hakista qaynana nağıllar haxışda