Rəmişdən doğum günündə ŞOK ADDIM: "Maşını divara çırpıb, özümü öldürəcəm"
Bu gün xalq artisti, sevilən sənətkar Rafiq Hüseynovun (Rəmiş) doğum günüdür.
Xanim.az xəbər verir ki, 73 yaşını tamamlayan gitaraçı təəssüratını Yenicag.az-la bölüşüb.
"Doğum günlərimdə çox kövrək oluram, danışa bilmirəm. Mənim üçün bu dünyada ən böyük hədiyyə həyat yoldaşım Gülüdür. O, Tanrının məni qorumaq üçün göndərdiyi mələkdir. Arzularımı da bilir, həyatımı da. O, mənim ürəyimdir, arzularımı ondan eşidin".
Gülü Rəmişin arzularını belə dilə gətirdi:
"Rəmiş hər ad günündə kövrəlir. Yəqin yaş üstünə yaş gəldiyi üçün məyus olur. Bunun dəqiq səbəbini bilmirəm, çünki heç vaxt onun niyə kövrəldiyini soruşmuram. Mən Rəmişi həmişə öz dünyası ilə baş-başa qoymuşam. Onun azadlığına hörmətlə yanaşmışam. Bu dəfə də Rəmiş kövrəldi və gecəyarısına qədər yatdı. Yuxudan oyatdım ki, Rəmiş, dur ad gününü qeyd edək. Onu heç vaxt belə kədərli görməmişdim. Dedi ki, Gülü, sənə bir şey olsa, maşını divara çırpıb özümü öldürəcəm. Dedim, ağzından yel alsın… Rəmiş mənim üçün Allahın ən böyük hədiyyəsidir. Allah məni ondan qabaq öldürsün".
Gülü onu da bildirdi ki, Rəmişə ilk hədiyyəni özü verib:
"Hər il Rəmişə brilliant qaşlı üzük bağışlayıram. Bu dəfə də üzük hədiyyə etdim. O, brilliant qaşlı üzüyü çox sevir, özü də bahalı oğlandır axı. Çoxlu zənglər gəlir, hamı onu təbrik edir".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin