Repçi Anar Nağılbaz iş axtarır

Repçi Anar Nağılbaz iş axtarır"İşsizəm əziz dostlar, yəni daimi işdən gedir söhbət. Maraqlısı odur ki dünyanın hər bir yerində məni dövlət özü tanınmış insan kimi qəbul edib daimi ev və iş tapana qədər kompensasiya ilə təmin etməyə hazırdır".

Qadınsaytı.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış reper Anar Nağılbaz bildirib. Onun sözlərinə görə, böyük iş təcrübəsi ola-ola, hazırda daimi iş tapa bilmir:

"Öz dövlətimdə 9 il televiziyalarda işləmişəm; AZTV-də böyük redaktor; İctimai TV-də telefilm departament direktor müavini; CTV-də (Lənkəran) baş musiqi tərtibatçısı, prodüser və rejissor; Bakı Mədəniyyət və Turizm idarəsi; Bakı gənclər və idman idarəsi; Ə. Vahid Mədəniyyət evində – müavin, Türkan Mədəniyyət Sarayı – bədii rəhbər; Qaraçuxur Mədəniyyət Sarayı – direktor müavini; 2000-2003-cü illər Qafqazın ən böyük prodüsser mərkəzinin böyüyü olmuşam. Ölkənin ən böyük (8.5 metr) kino kranı məndə olub.

Dövlət televiziyasından tutumuş, bütün kanallar həmin kranı bizdən kirayə götürürdü. Kənan MM, Rüfət Axundov, Hüseyn Dərya (rəhmətlik) kimi (və bir çoxları) sənətkarlar ordan sənətə vəsiqə alıb; Şəxsi işlərim; İncəsənət universitetinin yanında –"Dadlı Video" dönər kafem olub; ABŞ-da scrub (həkim və xəstə geyimlərini 200 hospitalda satmışam (yaxşı faizim olub); ABŞ-da qocalar evinin şəxsi şoferi olmuşam; ABŞ-da 8 ştatda və Avropada klublarda, kazinolarda, mədəniyyət ocağlarında həm konsertlər təşkil etmişəm. Eləcə də çıxışlar etmişəm; Bakıda ingilis dili müəllimi kimi də məktəb və litsey şagirdlərilə praktikam var", – deyə Anar Nağılbaz bildirib.

Rep ustadı deyir ki, 2013-cü ildən bəri işsiz qalıb:

"2013, oktyabrın biri işimdən azad olmuşam (öz ərizəmlə, məcbur). Bununla bağlı hər yerə müraciət etmişə, ərizəmi Bakı Mədəniyyət və Turizm İdarəsinə göndəriblər. Onlar da bildiriblər ki, bir də müraciət etmə. Get Mədəniyyət Nazirliyində müsabiqə ver. Əvvəlki nazirimiz Polad Bülbüloğlu ilə də, indiki nazirimiz Əbülfəz bəylə də şəxsi görüşlərim olub. Deyiblər, sən tanınmış adamsan, toyların çoxdur. Demişəm elə deyil, rep milli musiqi deyil, ancaq elə klublarda oxuya bilirəm. Bizə işləməyən kinoteatrlardan birini verin, müasir musiqi klubu açaq".

Anar Nağılbaz deyir ki, 2 övladı ilə birgə işsiz qalıb. İndi nə işi olur-olsun çalışmağa hazırdır:

"Satıcı da olsa işləməyə hazıram. Ölkəmi tərk etmək fikrim yoxdur. Ciddi, normal, daimi iş olsa dostlarıma qoşula bilərəm! İşlədiyim bütün yerlərdə iş yerimin qanun-qaydasına uyğun işləmişəm! Özünüzdən muğayat olun! Allah əmanətində! Amin!"

Xəbərlər     Baxılıb: 1726   Tarix: 05 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu

Bağırsaq sağlamlığı təkcə həzm sistemi üçün deyil, həm də immunitet, enerji səviyyəsi və hətta psixi vəziyyətimiz üçün həlledici rol oynayır. Elm sübut edir ki, bağırsaq mikrobiomumuzu (orada yaşayan faydalı bakteriya v

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

turlar.az

gozel gorunmek hamilelikde qidalanma həkim məsləhəti milli mətbəx bürc xəbərləri ilhamə qasımova qara qaragatin faydalari kosmetika ginekoloq hakista google intim novruza aid hakista