Rəqqasə Fatimə Leyla Əliyeva ilə bir arada - FOTOLAR
Rəqqasəsi Fatimə Fətəliyeva ailəsi ilə birgə Dubaya istirahətə yollanıb.
Axşam.az-ın məlumatına görə, sənətçi orada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bir araya gəlib. Fatimə bildirib ki, L.Əliyeva ilə orada yeni fəaliyyətə başlayan "Cafe Baku"da olduğu zaman görüşüb.
Fətəliyeva İnstaqram səhifəsində paylaşdığı fotoya "Sadə insan, sizi görməyimə çox şad oldum" şərhini yazıb.
Rəqqasə Dubaya səfərinin məqsədini də açıqlayıb:
"Dubaya tək dincəlməyə gəlməmişəm. Necə deyərlər, həm ziyarət, həm ticarət. Yaradıcılıq işlərimlə bağlı bir neçə planım var. Onları reallaşdırıram. Partlayış olacaq. Özü də tam fərqli bir şey. Bundan başqa bilirsiniz ki, xınayaxdı təşkili ilə də məşğulam. Buradan xınayaxdı üçün lazım olan tam fərqli bir dekorasiya aldım. Hansı ki, ondan Azərbaycanda yoxdur. Bunu ilk dəfə mən gətirəcəm".











Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Yuxusuz gecədən sonra bunu edin