Rəqqasə Fatimə : "Oğlumun atası, arxamda dayananım var"
"Oğlumun atası, arxamda dayananım var. Elə qızımın da atası var. Haqqımda şayiələr yaymasınlar".
Bu sözləri Axşam.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva verib. O, şəxsi həyatı ilə bağlı yayılan söz-söhbətlərə son qoyub:
"Bu aləmdə məni gözü götürməyən, paxıllığımı çəkənlər çoxdur. Onlar arasında rəqqasəsi, aparıcısı, müğənnisi də var. Hətta xına mərasiminin təşkili ilə məşğul olan digər tanınmışlar gedib müştərilərimə haqqımda elə sözlər deyirlər ki... Mən o xanımlardanam ki, həyat yoldaşım, ailəmin başçısı var. Ailəmi sosial şəbəkədə nümayiş etdirmirəm. Oğlumun atası, evimin ağası elə sahənin adamı deyil ki, hər gün fotolarını yaymağıma icazə versin. Amma bu o demək deyil ki, mən ailəsizəm. Oğlumun da, qızımın da atası, arxamda dayananım var və xoşbəxtəm".
F.Fətəliyeva müğənnilik etməsini ələ salanlara cavab verib:
"Mahnı oxudum və bəyənildi. Bundan sonra da ifalarımı təqdim edəcəyəm. Mən müğənni deyiləm, olmayacağam da, amma oxuyacağam. Mənim üçün özəl mahnı yazılıb. Bir həftəyə onu təqdim edəcəyəm. Hamı mənə bəxtəvərçilik verir ki, işləri əladır. Bunlara asan yox, əziyyətlə nail olmuşam. Mənim gözlərimdən yorğunluq yağır. Çox istəyərdim ki, telefonlarımı söndürüb, gedib haradasa dincəlim".
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Aspirin xərçəng riskini azaldır?
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Azərbaycan elminə ağır itki - FOTO
Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Koreyalı aktyorun cəsədi tapıldı