Rəqs etməklə xərçəngdən sağalan qadının sirri - 93 yaşlı ANNA

Rəqs etməklə xərçəngdən sağalan qadının sirri - 93 yaşlı ANNAAnna Halprin - 92 yaşı var. Bu qadın tarixdə "Tanrı ilə rəqs edən qadın" kimi qalıb.
51 yaşında həkimlər ona bağırsaq xərçənginin ağır dərəcəsi diaqnozunu qoymuşdular. Ölümü gözləməkdən başqa yol yox idi.
Qadın təslim olmadı. O, xəstəliyi ilə rəqs etdi, rəqsinin gücü ilə özünü müalicəyə başladı. Və o gündən bu vaxta kimi sağdır, 40 ildir ki, rəqs metodikası ilə digər xəstələri sağalmağa ruhlandırır, insanları xilas edir. İndi o incəsənət naminə yox, sağalmaq üçün rəqs edir.
Milli.Az medicina.az-a istinadən Annanın rəqslə müalicə metodikasını təqdim edir. Əgər kimsə istəsə, təkcə xərçəng xəstəliyində yox, digər problemlərdə də bunu sınaya bilər.
Anna əmin edir ki, burda qeyri-adi heç bir möcüzə yoxdur. "Orqanizmin özünü müalicə, bərpa etmə sistemini işə salmaq lazımdır. Hər hüceyrə özünü müdafiə edə bilər".
Mən bu mexanizmin açarını rəqs etməklə tapdım. Bu sadəcə gözəl rəqs deyil. Kənardan insana bu adamın başına hava gəlib kimi görünə bilər. Burda insan hiss etdiyini, bütün daxili emosiyalarını, xəstəliyini əl-ayaq, bədən hərəkətləri ilə əks etdirməlidir.
Anna diaqnozunu öyrənən kimi belə edib: böyük bir kətanda və ya kağızda da ola bilər, rənglərlə xərçəng şişini necə təsəvvür edirsə, elə də çəkir. Bu böyük abstrakt, qəribə bi ləkə kimi alınıb.
O bu rəsmi divara asır və onun qarşısına "Xərçəng rəqsini" oynamağa başlayır. O, dostlarını da başına yığıb, onların qarşısında rəqs edir, hərəkətlərinin dili ilə öz qorxu, şübhələrini göstərirdi.
İlk baxışdan bu rəqs qorxulu görünürdü, O sanki qıvrılır, sonra yerində bükülür, sonra uçur,hətta qarnını tutub sıxırdı. Amma dostları onu dəstəklədi. Bu rəqs bir növ şaman rəqslərinə bənzəyirdi.
"Mən uşaqlıqda ailəmizdə nənəm və dayımın dini ayin və dualar zamanı bədənlərini sağa-sola yellədiklərini görürdüm. Onlar sanki transda idilər. Dua gücləndikdə yırğalanma güclənirdi. O zaman anladım ki, Tanrıya üz tutanda bədən dilə gəlməlidir. Ən böyük rəqs ustası elə Tanrıdır".
Bu rəqslər cəmi 6 ay ərzində qadını sağaldır. İndi o yaşamaq üçün rəqs edir və digər xəstələrə də rəqslə kömək edir.
Onun özünəməxsus metodikasında şüuraltı, düşüncə və fiziki bədən arasında dərin bağlantı qurur.
O, tələbələrinə məsləhət görür ki, öz qorxu, həyəcan, xəstəliklərini kağızda çəkib, onu göz önündən asıb, qarşısında o şəklin verdiyi hisslərə görə bədənlərini hərəkət edib, rəqs etsinlər.
Bədəninizə qulaq asın, o necə istəsə elə hərəkətlər edin. Bu zaman bədənin gizli resursu işə düşüb, özü-özünü müalicə edəcək.
Hazırda 93 yaşlı Anna həftədə 3 dəfə seminarlar və rəqs kursları təşkil edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1399   Tarix: 06 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

yemek reseptleri toy makiyaji sekilleri qadin dunyasi vətən haqqında bayatılar şirniyyat resepti hekim mesleheti qonaq otaqlarinin dizayni kosmetika webnem tovuzlu burclerin uyumu maraqli hakistalar faydalı bilgilər bayatılarımızda vətən həsrəti