Rəqsanə əməkdar artistin mahnısına: "Mən belə şeylərə qulaq asmıram" - VİDEO
Müğənni Rəqsanə İsmayılova əməkdar artist Tünzalə Ağayevanın mahnısını bəyənmədiyini bildirib.
Metbuat.az-ın məlumatına görə, müğənni həmkarı haqqında fikirlərini "ATV maqazin onlarla" proqramında bildirib.
"Hər zaman demişəm, Tünzalə xanım fərqli müğənnidir. Təzə başladığı mahnıları çox dinləmişəm. Axırıncı mahnısı mənim zövqümdə olan mahnı deyil. Bəyənmirəm. Mən belə şeylərə qulaq asmıram."
Qeyd edək ki, müğənni daha çox dinlədiyi müğənnilərin adlarını da sadalayıb:
"Mən estradada Brilliyant xanıma qulaq asıram, Sevda Ələkbərzadənin bəzi mahnıları xoşuma gəlir, Natavanı və Aygün xanımı dinləyirəm."
f Paylaş