Rəqsanənin qızı ilə şəkli yayılan azərbaycanlı siyasətçi: "Ortada ciddi heç nə yoxdur"

Rəqsanənin qızı ilə şəkli yayılan azərbaycanlı siyasətçi: "Ortada ciddi heç nə yoxdur"Hakim "Vahid Rusiya" Partiyasının üzvü, 10 ildən artıqdır ki, Rusiyada yaşayan azərbaycanlı siyasi ekspert Ramin Qasımovla tanınmış müğənni Rəqsanənin qızı Ausunun birgə fotosu mediada tirajlanıb.

Fotonu müğənninin qızı Aysun özünün "İnsagram" səhifəsində paylaşıb.

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı "Vahid Rusiya"nın üzvü, Rusiya Dumasına namizəd Ramın Qasımov Modern.az-a açıqlamasında foto ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Şou-biznesdə təmsil olunan insanlarla görüşmək, onlarla şəkil çəkdirmək normal haldır. İstər azərbaycanlı, istər rus, istərsə də digər millətin nümayəndələri olsun, fərq etməz, hər biri ilə çox normal dostluq əlaqələrimiz var. Bu cür məsələləri şişirtməsinlər. Eyni zamanda, azərbaycanlı xanımla şəklimin yayılması məsələsi mənim üçün ciddi söhbət deyil. Adi şəkildir də... Kim necə istəyir, o cür də təqdim edir. Bir şəklə görə hamıya cavab verməli deyilik ki! Yenə deyirəm. Ciddi məsələ deyil. Kiminsə toy mərasiminə qatılırıq, ya orada şəkil çəkdiririk, ya da kimsə sənin yanına gəlib şəkil çəkdirir. Burda şişirdiləsi heç nə yoxdur.

Bir də görürsüz ki, hansısa sənətçi hərbi forma geyinib şəkil çəkdirib. Ona qəribə baxırlar. Hətta, xanım sənətçilərin ünvanına pis sözlər yazırlar. Bir şeyi də anlamaq lazımdır ki, şou-biznes nümayəndələri də insandır. Onlar da bu formada öz emosiyalarını göstərmək istəyirlər. Bəzən mənə sual edirlər ki, "bir sənətçinin özünü vətənpərvər aparmasına necə baxırsız?". Cavab verirəm ki, "çox yaxşı". Əgər kimsə özünü vətənpərvər hesab edirsə, şəxsən buna sevinirəm".

Ramin Qasımov Rusiyada yaşayan azərbaycanlıların say çoxluğuna da qiqqət çəkib.
"Rusiyada çoxlu sayda azərbaycanlı yaşayır. Hətta çoxlu sayda müğənni var ki, çox populyardır. Kiminləsə oturub söhbət edərkən, adi şəkil çəkdirərkən adamın ağlına da gəlmir ki, bunu şişirdə bilərlər.

Rusiya prezidenti Vladimir Putinə sual olunmuşdu ki, "haqqınızda bu qədər şeylər yazılır". O da cavab vermişdi ki, "seçkilərdən öncə, yenə də nəsə yazacaqlar. Haqqımda nəsə fikirləşəcəklər. O qədər yazıblar ki, artıq alışmışam". Ya siyasətçi, ya da sənətçi ol, mütləq nəsə tapıb yazacaqlar".

Qeyd edək ki, müzakirələrə səbəb olan foto "İnstagram" səhifəsindən artıq silinib.

Xəbərlər     Baxılıb: 2836   Tarix: 21 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

hamiləlik makiyaj etmek qaydalari gozel gorunmek korpenin cekisi üzdə sızanaqlar balqabaq plov 2026 hicab geyimləri kosmetika veten haqqinda bayatilar qurd ve quzu oglan evi oglaq gunay