Revmatizmin təbii dərmanı - Ağrıdan əsər qalmır

Revmatizmin təbii dərmanı - Ağrıdan əsər qalmırArtrit, həmçinin iltihablı revmatizm olaraq bilinən, həyat keyfiyyətini azaldan və ağrılı bir sağlamlıq problemidir.
Milli.Az xəbər verir ki, dünya miqyasında milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin tam müalicəsi olmasa da, simptomları yüngülləşdirmək üçün müxtəlif üsullar mövcuddur. Xüsusilə müəyyən qidaların istehlakı, təbii ağrıkəsici rolunu oynaya bilər.
C vitamini və onun artritə təsiri
Artritin simptomlarını azaltmaq üçün düzgün qidalanma böyük rol oynayır. C vitamini ilə zəngin olan qidalar, xüsusilə bu vəziyyətə qarşı faydalı ola bilər. C vitamini qığırdaq toxumasının əsas hissəsi olan kollagenin istehsalını və saxlanmasını dəstəkləyir. Qığırdaqlar bədəndə amortizator funksiyasını yerinə yetirir, lakin zədələnmə, aşınma və ya osteoartrit səbəbindən zədələnə bilər.
British Medical Journal-da yayımlanan bir araşdırmaya görə, C vitamini çatışmazlığı iltihablı poliartrit (ən azı beş oynağı təsir edən xəstəlik) riskini artırır. C vitamini qəbulunun aşağı səviyyədə olduğu insanlar, yüksək səviyyədə qəbul edənlərlə müqayisədə üç dəfə artıq risk altındadır.
Aşağıdakı qidalar C vitaminini təbii yolla qəbul etmək üçün tövsiyə olunur:
Bibər
Portağal
Qreypfrut
Çiyələk
Ananas
Brokoli
Fasulye
Kivi
Gül kələm
Bundan əlavə, limon, pomidor, Brüssel kələmi, kələm və kartof kimi digər qidalar da C vitamini ilə zəngindir.
Artritin yayılmış növləri
Osteoartrit: Ən geniş yayılmış artrit növüdür. Əsasən əllər, dizlər, onurğa və itburnu oynaqlarını təsir edir. Oynağın hamar qığırdaq astarını zədələyərək hərəkət çətinliyinə, ağrı və sərtliyə səbəb olur.
Revmatizmal artrit: İmmunitet sisteminin təsirlənmiş oynaqlara hücum etdiyi bir vəziyyətdir və adətən ağrı və şişkinlik yaradır.
Artritin əsas simptomları
Oynaqlarda ağrı, həssaslıq və sərtlik
Oynaqların ətrafında iltihablanma
Hərəkət məhdudiyyəti
Təsirlənmiş oynaqlarda isti və qızarmış dəri
Zəiflik və əzələ itkisi
Bu qidaların düzgün və balanslı şəkildə qəbulu, artrit simptomlarının yüngülləşdirilməsində əhəmiyyətli təsir göstərə bilər. Hər səhər C vitamini ilə zəngin bir qida qəbul etmək, ağrıları azaltmaq üçün təbii bir üsul ola bilər.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1131   Tarix: 17 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

yay kolleksiyasi kosmetoloq yemek reseptleri ana və uşaq aybaşı portagalin faydasi maraqli toy ideyalari kosmetika xerçeng xerceng muellim seiri xocali olumu