Rəylərdə məni təhqir edirlərsə, o təhqirlər Elməddinin özünə də yazılır' - Fərda

Rəylərdə məni təhqir edirlərsə, o təhqirlər Elməddinin özünə də yazılır' - Fərda"Bu həyata ikinci dəfə gəlməyəcəyəm ki... Yenidən Elməddin Cəfərovla, Müşfiq Şahverdiyevlə çalışa bilərəm. Onlar mənim qardaşlarımdır. Allah bizim hekayəmizi birlikdə yazıb. Biz eyni dövrün aktyorlarıyıq. Biz eyni zamanda çalışmağa başlamışıq. Heç zaman da problemlərimiz olmayıb".
azxeber.com xəbər verir ki, bu sözləri aktyor Fərda Amin ötən gün qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Fərda həmkarı Elməddin Cəfərovun verilişlərin birində "Fərda dedi ki, Elməddin torbamı tikib" sözlərinə bu cür münasibət bildirib:
"Bu gün Elməddinin arxamca danışmağı və onun mənə yönləndirdiyi aqressiv tamaşaçılar... Elməddin hələ mənimlə üz-üzə oturub danışmayıb. Amma Allah şahiddir ki, mən həm Elməddinə, həm də Müşfiqə zəng etmişəm. Orada məndən inciyən layihə rəhbəri İslam dostumuza da zəng vurmuşam. Amma onlar mənim zəngimə cavab verməyiblər. Gözləmişəm ki, zaman gələcək, oturub öz aramızda bu məsələni danışacağıq. Tamaşaçıya maraqlı deyil sənin aranda hansı söhbətlər baş verib.
Tamaşaçı əlbəttə bizi bir yerdə görmək istəyir. Bu gün Elməddin bir şeylər danışırsa və tamaşaçını mənim əleyhimə yönləndirirsə, sonra onlar sosial şəbəkədə məni təhqir edirlərsə, o təhqirlər Elməddinin özünə də yazılır. Elməddin mənim özümdür. O mənim ailəmin içidir. Mən də onun ailəsinin içiyəm. Həyat o qədər balacadır. Bir-birinizdə muğayat olun. Öz filminizdə belə şərəflə oynayın. Bu həyatdır. Biz bu gün bir yerdə sabah isə bir yerdə olmaya da bilərik. Gərək ki, elə bir yerdə işləyək ki, qardaş olaq?"

Şou Biznes     Baxılıb: 1386   Tarix: 07 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

.

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

turlar.az

kosmetoloq yay geyimləri 2026 geyim seçimi hakışta xınayaxdı bürclər və illər düzgün makiyaj silikon sinə kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır itburnu hakisda faydalı məsləhətlər zencefil