Rövşanə Təranə, Nazənin, Nadir və Cavanşir haqda: "Savadları çatmır"

Rövşanə Təranə, Nazənin, Nadir və Cavanşir haqda: "Savadları çatmır"ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, veriliş zamanı baş verən konfliktlərdən, söz-söhbətlərdən danışıb:

"Bir dəfə Cavanşir Məmmədovla Nadir Qafarzadə qonağım idi. Onların arasında konflikt yaşandı və aylarla məhkəmə prosesi çəkdi. Daha sonra Təranə Qumralla Nazənin xanımın da, həmçinin mübahisəsi böyüdü. Hələ də həmin mübahisə davam edir. Qurtara bilmirlər məhkəməni. Çox olub belə hallar. Mən jurnalistəm, sual vermək haqqımdır. Siz də məndən sual soruşa bilərsiniz, mənim də cavab verməmə hüququm var. Ya üzərindən sükutla keçə bilərəm, ya da istədiyimiz cavabı verə bilərəm. Buna görə kimsə məni qınamaz. Onların suala normal şəkildə cavab verməyə savadı çatmır. Sual verəndə başlayıb açıb danışırlar hər şeyi, qeybət edirlər. Sonra gedib evdə baxırlar görürlər ki, mən nə danışdım. Sonra düşürlər aparıcının üstünə. Verdiyin cavaba görə məsuliyyət daşıyırsan və yükün altına girirsənsə, sonradan aparıcını qınamamalısan".

Daha sonra Rövşanə uzun illər aparıcılıq edən, amma yadda qalmayan aparıcılar haqda da söz açıb:

"Elə aparıcılar var ki, çıxır deyir 5 ildir işləyirəm. Həmin aparıcını küçədə görsəm, xatırlamaram. Aparıcılarımızın çox stil dəyişikliyinə gedirlər. Aparıcılarımızın dəsti-xətti yoxdur. Bəzi aparıcılarımız anlamır ki, biz müğənni, şou adamı deyilik. Mənə də çox deyiblər ki, stilini dəyiş. Bizim aparıcılar bir gün keçi çıxardırlar, bir gün dodaq şişirdirlər, bir gün fərqli saç stili və s. Bu adamların obrazını tanımaq olmur. Bir-birini təqlid eləmək məsələsi də var. Oxşarlıq yaratmaq istəyirlər. Öz yolun olmayacaqsa, kiminsə yolunda gedəcəksənsə, öz yolun olmayacaq. Bir aparıcı var illərdir efirə çıxır, 50 veriliş aparır, amma tanınmır".

Xəbərlər     Baxılıb: 2326   Tarix: 03 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Quru göz sindromunun yaranma səbəbləri

Gözlərin kifayət qədər nəmlənməməsi, eləcə də uzun müddət qadcetlərdən (smartfon, kompüter və s.) istifadə "quru göz sindromu"nun yaranmasına səbəb olur. -a istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Dünəndən qalan çayı içmək olar?

Çay dünyada ən çox istifadə olunan içkilərdən biridir. Bəzən dəmlənmiş çay süfrədə saatlarla qalır, hətta ertəsi gün yenidən içilir. Bunun sağlamlıq üçün nə dərəcədə təhlükəli olması ilə bağlı isə müxtəlif iddialar yayılır

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

turlar.az

kosmetika mehsullari toy gecesi aksessuarlar ana və uşağın ev məktəbi saglamliq gözəllik və makiyaj faydalı məlumat kosmetika xlor lekesi gunay vətənə aid atalar sözləri məsəllər eqreb