Roza Zərgərli: "O TV-lərin məni niyə "zapret"ə qoyduğunu desəm, hamı onların üzünə tüpürər"

Roza Zərgərli: "O TV-lərin məni niyə "zapret"ə qoyduğunu desəm, hamı onların üzünə tüpürər"Tanınmış müğənni Roza Zərgərlinin azxeber.com-a müsahibəsini təqdim edirik.

- Son zamanlar şou-biznesdə durğunluq var. Bunu nə ilə əlaqələndirirsiz?.
- Əslində durğunluq deməzdim, sadəcə hamının başı işinə qarışıb. Yay aylarında çoxlu kliplər çəkiləcək. Uzun zamandı efirlərdə görünməyən sənətçilərin konserti olacaq. Özüm də 1 ay bundan əvvəl Valehlə duetimizi təqdim etmişəm. Keçən il ərzində 4 mahnımız çıxıb. 3 mahnım da hazırdı amma vaxt edib ifa edə bilmirəm."

- Gənc müğənnilərə az insan dəstək olur. Onlardan biri də sizsiz...
- Mən çoxlarına dəstək olmuşam. İndi də dəstək oluram. Ancaq indi hər ağlayana, yalvarana dəstək olmuram. Əgər bir insanın səsi varsa, beyni doğru istiqamətə yönəlibsə, ona kömək edirəm. Əvvəllər səsi olmayanlara da kömək edirdim.

- Dəstək olduqlarınız bir zaman sonra bunu dandı.
- "Balıq bilməsə də, xalıq bilir də" (gülür). Mən onu nəyəsə görə eləmirdim ki, mənə ömrünün axırına görə çox sağol desin. O artıq daxili tərbiyədən irəli gəlir.

- 4 ildi İTV-də aparıcısız. Verilişinizlə bağlı reaksiyalar necədir?
- Aparıcılıqla bağlı heç bir tənqid olmur və bu da məni narahat edir. Düzgün tənqidləri sevirəm, tənqid olan zaman insan öz üzərində daha çox işləyir.

- Özünüzü ideal aparıcı kimi görürsüz?
- İfaçılar arasında ən mükəmməl aparıcı özüməm. Mənim verilişimin mütailə mövzuları çox çətindir. Qovluq əlimdə gəlib özümü kiməsə göstərmirəm. Bizdə terminlər var. Mən Ofelya Sənani, Roza Tağıyeva, Nərgiz Cəlilova kimi aparıcıların yanında deyə bilmərəm birinciyəm. Elə desəm, bəzi gənc jurnalistər gedib korifey aparıcılardan bu haqda münasibətlər öyrənəcək. Əslində o burnu kəsik jurnalistləri heç həmkarları belə tanımır.

- Bəzi kanallarda qadağada olan müğənnisiz. O kanalların adını açıqlaya bilərsiz? Sizcə bu qadağaya səbəb nədir?
- ATV, Xəzər və Lider TV-də qadağadayam. Niyə "zapret"də olduğumu desəm, xalq o insanların üzərinə tüpürər. ATV-də başqa bir adama görə qadağadayam, ondan heç rəhbərliyin də xəbəri yoxdur.

- Saydığınız televiziyalar reytinq cədvəlində ön sıradadılar. O efirlərə dəvət almamaq sizi narahat etmir?
- Ümumiyətlə reytinq sözü Azərbaycan teleməkanı üçün sıfıra bərabərdir. Heç bir telekanal reytinq cədvəli ilə ölçülə bilməz. Çünki Azərbaycanda reytinq cədvəli fəalliyət göstərmir. Bu sözümdən sonra bəzi qurumlar mənimlə bir yolluq düşman ola bilər. O göstərilən şeylər yalandır. Pul verib alınan şeylərdir. Dövlət kanalları reytinq cədvəlində yoxdur. Niyə? Çünki onların reytinqə ehtiyacı yoxdur. Dövlət kanallarında daxili reytinq var. Allaha şükür daxili reytinqdə birinciyəm. Hər sənətçinin işi deyil ki, dövlət televiziyasında aparıcılıq etsin"

- Bəzi sənətçilər tərəfindən sizə atmacalar olur. Amma susursuz. Susqunluğunuzun səbəbi nədir?
- Bəzi insanlar haqda danışmaq özünü hörmətdən salmaqdır.

- Bəzi həmkarlarınız açıqlamalarında heç kəsi özünə rəqib görmədiklərini deyir. Bəs sizin rəqibiniz var?
- Kimsə özünə rəqib görmürsə, deməli o fəaliyyətini dayandırıb. Hamı mənim üçün rəqibdi. Çünki mən fəalliyətdəyəm.

Xəbərlər     Baxılıb: 2247   Tarix: 19 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

sade makiyaj sekilleri geyim şəkilləri hamiləlik sağlamlıq intim haqda saglamlig qara noqteler ucun uz maskalari kosmetika xocali qız bürcü hakista sozler hakışdalar bayatilar