Ruhi prezidentin dostu olan oliqarx əri ilə barışdı - Biznes ledinin həyatı haqqında BİLMƏDİKLƏRİNİZ

Müğənni, biznes-ledi Ruhinin (Ruhiyyə Əliyeva) həyatında yeni bir səhifə açılıb. Sənətçinin uşaqlarının atası, Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan azərbaycanlı oliqarx-professor İlham Rəhimovla barışdığı xəbəri yayılıb.

1 milyonluq ev, "Lexus" və...

BakiPost.az-ın məlumatına görə, keçmiş cütlüklərin ulduzu yenidən qoşalaşıb və küsülülüyə son qoyulub.

Deyilənə görə, bu barışıq Ruhi və uşaqları üçün düşərli olub. Belə ki, İ.Rəhimovun övladlarına sahib çıxdığı, onları bahalı bağçaya qoyduğu, şəhərin mərkəzində hərəsinə bir mənzil aldığı xəbər verilir.

Bu mənzillərə təxminən 1 milyon pul xərcləyən milyarder professorun Ruhini də hədiyyəsiz qoymadığı, ona son model "Lexus" markalı avtomobil hədiyyə etdiyi bildirilir.

Yada salaq ki, onlar uzun müddət vətəndaş nikahında yaşayıblar və sonradan ayrılıblar. Bunun səbəbləri barədə bir qədər sonra...

Tərəflərin barışmasına gəlincə, Ruhi BakiPost.az-a bununla bağlı açıqlama vermək istəməyib.

Uşaqlar heç vaxt görmədikləri atanı necə tanıdılar?

Oxucularımızın bəzilərinə bəlli olduğu kimi, müğənni ilə milyarderin münasibətlərinin qurulması və onların ayrılmasının çox maraqlı tarixçəsi var.

Əvvəla İ.Rəhimovla R.Əliyeva həmyerlidirlər. Müğənni 1977-ci il, martın 8-də Tovuzun Aşağıeyyublu kəndində dünyaya göz açıb.

Yeri gəlmişkən, münasibətlərinin olduğu illərdə hər 8 mart Ruhi üçün xüsusi keçirmiş. Həm doğum günü, həm xanımlar günü münasibəti ilə Putinin dostu Ruhini ən bahalı hədiyyələrə qərq edirmiş...

İ.Rəhimov özü isə 1951-ci il, yanvarın 14-də Tovuzda doğulub. Onların arasında 26 yaş fərqi var.

Görüş belə baş tutub...

BakiPost.az ata İlham Rəhimovun doğulandan bəri üzlərini görmədiyi 6 yaşlı oğulları ilə ilk görüşü barədə olduqca maraqlı məlumatlar öyrənib. Məlum olub ki, bir müddət əvvəl İ.Rəhimovun qohumlarından biri hansısa məclisdə uşaqları görür və onların şəklini çəkərək professora çatdırır. İ.Rəhimov fotoları görər-görməz heyrətlənir, professor uşaqların ona həddindən artıq çox oxşadığını deyir.

Guya, elə məhz bu nüans onu yumşaldıb, necə deyərlər, ürəyinin "sarı simi"nə toxunub. Odur ki, bu hadisədən sonra Ruhidən uşaqları onunla görüşdürməsini xahiş edir.

Və... bu görüş baş tutur. Görüşdə əkizlər atalarını dərhal tanıyırlar. Bu, onların hər gün şəklini gördüyü adamdır...

Bundan sonra uşaqlarla görüş intensiv xarakter alır. Bu əsnada yaranmış fürsət Ruhi ilə İ.Rəhimovun əlaqələrini yeni məcraya yönəldir və onlar barışmağa qərar verirlər. Davamında isə professor uşaqları himayəsinə götürmək qərarına gəlir.

İndi onların bir ailə şəklində yaşayıb-yaşamadığı haqda müfəssəl məlumat olmasa da, tez-tez görüşdükləri xəbər verilir.

Bu ayrılıq nədən oldu? - Dosye

İ.Rəhimovla Ruhi uzun müddət vətəndaş nikahında yaşayıblar. Böyük sərvət, bahalı həyat, dünyanın ən füsünkar guşələrinə səyahət... və s.

Ancaq bütün bu dəbdəbəli, lüks həyat tərzi müğənni ilə milyarderi heç cür tam şəkildə xoşbəxt edə bilmir. Səbəb cütlüklərin övladlarının olmamasıdır.

Qaynağımız bildirir ki, cütlük övlad sahibi olmaq üçün dünyanın hər yerində şəfa axtarır. Hər dəfə də ümidsiz, üzücü xəbərlər alırlar.

Lakin padşahın nağıllarında olduğu kimi, illər sonra gözlənilmədən Ruhi hamilə qalır. Bu xəbər onları şoka salmaya bilməzdi.

Amma elə gözlənilmədən də Ruhi bu şad xəbərin mükafatını ala bilmir. Cəmi iki ay sonra müğənni ilə milyarderin yolları ayrılır.

Qeyri-müəyyən səbəbdən İ.Rəhimov Ruhinin hamiləliyinə inanmır.

Hətta onlar ayrılandan sonra professora yaxın çevrədən mətbuata ötürülməsi şübhə doğurmayan məlumatlarda Ruhinin uşağa qalmasının mümkün olmadığı bildirilirdi. Amma bu informasiyalar özünü doğrultmur və Ruhi əkiz oğlan dünyaya gətirir.

Həmin ərəfədə İ.Rəhimovun onu tək qoyması, Ruhiyə qarşı hətta düşmən mövqeyində dayanması, bu azmış kimi, o dövrün ciddi siyasi fiqurlarından olan deputat Rəbiyyət Aslanova ilə rəsmən evlənməsi müğənnini çox ciddi çətinliklərlə üzləşdirir.

Mətbuatda gedən yazılar, ətrafın münasibətindən o, həyatının və doğulacaq körpələrinin təhlükədə olduğu qənaətinə gəlir. Buna görə də Türkiyəyə gedərək, heç kimin bilmədiyi bir ünvanda yaşayır və uşaqlarını orada dünyaya gətirir.

Təbii ki, dövrün ciddi siyasi qanadlarından birində təmsil olunan R.Aslanova və Kremldə ən yüksək əlaqələrə malik İ.Rəhimov qarşısında, onların gözlənilən təzyiq və təhdidləri önündə bir müğənninin tab gətirməsi absurd olardı. Ona görə də İ.Rəhimovun onun hamiləliyinə inanmadığı halda, Türkiyəyə gedərək orada əkizləri doğur.

Ən maraqlısı isə belə bir məqamda müğənninin uşaqlarına ata babalarının adını qoymasıdır.

Belə ki, İ.Rəhimovun atasının adı Məhəmmədhəsən olub və hazırda əkizlərdən biri Məhəmməd, digəri Həsən adını daşıyır. Hətta cütlüklərin ayrılmasına baxmayaraq, uşaqlar gözünü açandan heç vaxt görmədikləri atalarını tanıyıblar.

Bunun üçün Ruhi qəribə bir jest edib. O, uşaqların otağına İ.Rəhimovun portretini asıb və onlara bu insanın kim olduğunu izah edib. Ona görə də uşaqları ataları ilə 6 yaşlarında ilk dəfə görüşəndə onu dərhal tanıyıblar...

Rəbiyyət Aslanova ilə siyasi nikahın sirri

Bir daha qeyd edək ki, belə bir çətin vəziyyətdə - hamilə olduğu halda milyarderin gənc, gözəl qadını atıb getməsinə, 66 yaşlı R.Aslanova ilə evlənməsinə baxmayaraq, Ruhi bu günə qədər uşaqlarının atası kimi professoru təqdim edib.

Ancaq bu işdə ən müəmmalı və sirr pərdəsi hələ də açılmayan məqam İ.Rəhimovun R.Aslanova ilə niyə evlənib, niyə tez bir zamanda boşanmasıdır.

Bəli, belə ehtimallar var idi ki, onların ailə qurması sırf siyasi addımdır. Yəni, Putinin dostu oğlu Prezident Administrasiyasında şöbə müdiri olan R.Aslanova ilə siyasi məqsədlərə çatmaq üçün evlənir.

Amma çox keçmədi ki, Nurçu qalmaqalı işində "vurulan" Elnur Aslanov vəzifədən getdi və ümumilikdə Aslanovlar çökdü və... həm də İ.Rəhimov Aslanovlarla vidalaşdı.

Amma hələ də mübhəm olaraq qalır ki, İ.Rəhimov R.Aslanova ilə evlilikdə hansı siyasi amallarına çatmaq istəyirmiş.

Varislərin savaşı

İndisə İ.Rəhimov təzədən Ruhiyə qayıdıb, uşaqlarını himayəsinə götürüb. Amma gələn informasiyalar deməyə əsas verir ki, bu vüsal çütlüyə yenə də tam xoşbəxtlik vəd etmir. Çünki ortada yeni bir konflikt ocağı yaranmaqdadır. Məsələ varislik uğrunda savaşdan gedir. Milyarderin birinci ailəsindən iki qızı var və İ.Rəhimovun varidatının hazırda varisləridir.

Ruhidən olan əkiz oğlanlar isə hələlik rəsmi şəkildə atalıq himayəsinə götürülməyib, əgər bu, baş verərsə, o halda milyarderin mirası üstündə həngamə qopacağı, varislik mübahisəsinin yaranacağı istisna edilmir.

Baxmayaraq ki, hələlik tərəflər arasında isti münasibətlər hökm sürür: varis qızlar Məhəmməd və Həsən kimi uşaqlara maraqlı tapıntı kimi baxırlar. Onlar ailəlikcə tez-tez görüşüb, məclislər qururlar. Ancaq həmin o şirin "kuklalar" rəsmi övladlığa götürüləndə, yəni varis olanda bu oyunun necə davam edəcəyini proqnozlaşdırmaq çox da çətin deyil...
Ruhi prezidentin dostu olan oliqarx əri ilə barışdı - Biznes ledinin həyatı haqqında BİLMƏDİKLƏRİNİZRuhi prezidentin dostu olan oliqarx əri ilə barışdı - Biznes ledinin həyatı haqqında BİLMƏDİKLƏRİNİZRuhi prezidentin dostu olan oliqarx əri ilə barışdı - Biznes ledinin həyatı haqqında BİLMƏDİKLƏRİNİZRuhi prezidentin dostu olan oliqarx əri ilə barışdı - Biznes ledinin həyatı haqqında BİLMƏDİKLƏRİNİZRuhi prezidentin dostu olan oliqarx əri ilə barışdı - Biznes ledinin həyatı haqqında BİLMƏDİKLƏRİNİZRuhi prezidentin dostu olan oliqarx əri ilə barışdı - Biznes ledinin həyatı haqqında BİLMƏDİKLƏRİNİZ

Xəbərlər     Baxılıb: 10718   Tarix: 21 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

turlar.az

sade makiyaj sekilleri maskalar donlar 2026 vannalar zire yagi sac ucun yuxu yozmalar 2026 geyim kolleksiyasi kosmetika mikayıl abdullayev seksi hekaye janri bayati irem derici