Ruhi qaraya büründü...-FOTO

Tanınmış biznes-ledi Ruhi Əliyeva 20 Yanvar faciəsinə həsr olunmuş fotosessiya çəkilişinə qatılıb.

"Qafqazinfo"nun məlumatına görə, o, İnstaqram hesabında şəhidlərimizlə bağlı hisslərini, qanlı gecəyə aid xatirəsini bölüşüb.

"Mən də anam kimi ailə qurub yaxşı övladlar böyüdürdüm. Uşaqlar xəstələnəndə səhərə qədər yatmır, ərimə bir şey olanda qorxurdum. Ailəsinə bağlı, adi arzularla dolu ömür sürürdüm. Sonra arzularım dəyişdi. Hamısı birləşib böyükləşdi. Vətənimi müstəqil görmək istədim. Bu arzu hər gün daha çox sarıldı mənə daha həsrətlə dikildi gözlərim Azadlıq meydanlarına.

Bir gecə Azadlıq cəlladları ölümü şəhərimizə göndərdilər. İşlərimi yarımçıq qoyub qardaşlarımıza arxa olmağa qaçdım. Anam deyirdi ki, kişilər nə qədər güclü olsalar da onlar həm də uşaq kimidilər. Çətin anlarda yanlarında olmaq, onları qorumaq lazımdı. Anam həm də deyirdi ki, kişilər arxalarından qadın hənirtisi eşidəndə ölümün qarşısını daha inadla kəsirlər. Tələsik küçəyə çıxdım. Hər yan insan idi. Şəhərini, ölkəsini qorumaq və nəhayət ki, Azadlığını qazanmaq üçün ölümün qarşısına çıxan insanlar... Onlara qoşuldum. O qədər çox idik ki, ölümün qaçmağa yeri qalmırdı. Nə qədər öldürürdü qurtarmırdıq. Nə qədər qan axıdırdı, torpaq həsrətlə o qanı ciyərlərinə çəkib azadlığımıza güc verirdi. Hər tində, hər küçədə uşaq, qoca, cavan...Sinəmizi ölümün qarşısına verir, onu küçədən-küçəyə, tindən-tinə daşıyıb artıq doğulmaqda olan Azadlığımızı qorxudub kölə etməsinə imkan vermirdik.

Ölümün ölən gecəsi idi 1990-cı ilin 19 günlük o yanvar gecəsi. O gecə biz hər addımda ölümü bağrımıza sıxıb qanımızda boğduq, qalanlarımız xoşbəxt, vətənimiz azad yaşasın deyə...O gecə biz ölümü özümüzlə birlikdə torpağa gömüb, ətrafında azad, müstəqil Azərbaycan ucalacaq böyük xiyaban yaratdıq. Səhər göydən qərənfillər yağdı, çoxlu qırmızı qərənfil... Örtdülər ölümün əməllərinin üstünü, yudular küçələrin qanını öz ləçəkləri ilə. Sonra divarlardan qara mərmər pəncərələr açıldı. Həmin pəncərələrdən o gecə Azadlıq cəlladını öz qanlarında boğan insanlar boylanmağa başladı. Göz qırpmadan Azərbaycanın Müstəqilliyinin əbədi məşəlinə keşik çəkən uşaqlı-böyüklü, kişili-qadınlı insan baxışları. Mən də onların arasındayam. O vaxtdan mən də ətrafımdakılar kimi bütün qalan işlərimi kənara qoyub öz pəncərəmdən hamımızın Azadlığını seyr edirəm".

Qeyd edək ki, şəkillərin müəllifi Orxan Aslanovdur.

R. Əliyeva fotolarda qaraya bürünmüş kədərli qadın obrazını canlandırıb.
Ruhi qaraya büründü...-FOTORuhi qaraya büründü...-FOTORuhi qaraya büründü...-FOTORuhi qaraya büründü...-FOTO

Xəbərlər     Baxılıb: 2004   Tarix: 21 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

turlar.az

geyim seçimi donlar 2026 gelinlikler prostat dibcekler ev dizaynlari qonaq otagi korpelere qulluq kosmetika arıqla vətən qadin.az maraqli hakistalar azerbaycan