Rus həkimin korona açıqlaması çaşqınlıq yaratdı
Bütün yaş kateqoriyalarında insan orqanizmi koronavirus infeksiyasına həssasdır.
Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Vüqar Cavadzadə tanınmış rus həkim Yelena Malışevanın uşaqların koronavirusun daşıyıcısı olmadığı haqda iddiasına münasibət bildirərkən deyib.
O bildirib ki, uşaqlar birmənalı olaraq koronavirus infeksiyasına yoluxa bilər:
"Koronavirus infeksiyasına yoluxmuş uşaqlar xəstəliyi əsasən yüngül şəkildə, yaxud da ümumiyyətlə, simptomsuz keçirə bilər. Lakin uşaqlarda sözügedən xəstəliklə yanaşı gedən hər hansı başqa bir xəstəlik mövcud olarsa, onlar virusu ağır keçirə bilər və hətta ölümlə də nəticələnə bilər. Dünya statistikasına baxsaq, uşaqlar arasında koronavirusdan ölüm dərəcəsi 1 faizdir. Öz təcrübəmdən deyə bilərəm ki, uşaqlar həqiqətən bu virusa yoluxa bilir. Bununla yanaşı uşaqlar böyüklərin yoluxmasında birbaşa rol oynaya bilirlər".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ümumi yoluxma hallarının 8,5 faizini 18 yaşına çatmamış uşaqların təşkil etdiyini bəyan etsə də, tanınmış rus həkim, teleaparıcı Yelena Malışeva sağlamlıq haqda olan verilişində uşaqların koronavirusun daşıyıcısı olmadığını iddia etmişdi.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir