Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı yerli istehsal olan ilk preparatı bəyənib
Rusiya Birbaşa İnvestisiyalar Fondunun və "XimPar" şirkətinin COVID-19-a qarşı ilk istehsalı olan "Avifair" preparatı Səhiyyə Nazirliyi tərəfindən bəyənilib.
"Preparatın ticarət markası "Avifair" adlanır. Yeni preparatın Beynəlxalq qaydalar üzrə kimyəvi və ya patentləşdirilmiş, yaxud qruplaşdırılmış adı isə "Favipiravir" kimi qeydiyyatdan keçib", - dərman vasitələrinin dövlət reyestrində bildirilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bundan əvvəl Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı "Favipiravir" preparatının RF-də satışa çıxarılma müddətinin qısaldılacağını söyləmişdi. Hazırda dərman vasitəsi klinik sınaqdan keçirilir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq