Rusiyada boğazı kəsilərək qətlə yetirilən 17 yaşlı Günelin ölümünün ŞOK TƏFƏRRÜATI: "Cəsədini..."

Rusiyada boğazı kəsilərək qətlə yetirilən 17 yaşlı Günelin ölümünün ŞOK TƏFƏRRÜATI: "Cəsədini..."17 yaşlı azərbaycanlı Günel Dadaşovanın meyiti dekabrın 14-də Rusiyanın Nijneudinsk şəhərində aeroport rayonundakı adacıqda tapılıb.

Xanim.az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Nijneudinsk İdarəsinin məlumatında deyilir.

Qətli törətməkdə şübhəli bilinən şəxslər artıq müəyyən edilib: Günelin 17 yaşlı sinif yoldaşı və 15 yaşlı başqa bir yeniyetmədir.

Hazırda hər ikisi saxlanılıb və onlardan ifadə alınır.

Müstəntiqlər öyrənə bilib ki, azərbaycanlı qızın sinif yoldaşının pula ehtiyacı olub, bu səbəbdən, o, Günel Dadaşovadan 70 min rubl məbləğində borc alıb. Həmin pullar mərc oyunlarına qoymaq məqsədilə alınıb. Qızın valideynləri birlikdə yaşamır, atası başqa şəhərdə yaşayır və vaxtaşırı ona pul göndərirdi, Günel isə pulların çox hissəsini bir kənara yığırdı.

Atasına yardım etmək üçün pula ehtiyac yaranan zaman borc verdiyi sinif yoldaşına müraciət edir. Həmin vaxt oğlanın tələb olunan məbləğdə pulu olmadığından Güneli öldürməyə qərar verib.

Dekabrın 6-da o, borcu qaytarmaq adı ilə 15 yaşlı yeniyetmə ilə birlikdə Güneli başqa sinif yoldaşının evinə çağırıb. Qız həmin evə gələndə, sinif yoldaşı dostunun gətirdiyi bıçaqla onun boyun nayihəsinə bir neçə zərbə endirib. Aldığı bıçaq xəsarətlərindən qız hadisə yerində keçinib.

Qətldə əlbir olanlar bir neçə gün ərzində cinayət izlərinin itirilməsi ilə məşğul olub. Sonradan 17 yaşlı yeniyetmənin anası da onlara qoşulub. Birlikdə qızın cəsədini polietilen torbaya yerləşdirərək, aeroport rayonundakı adacıqda, kolların arasında gizlədiblər.

Maraqlıdır ki, sinif yoldaşları və müəllimlər hər iki şagird barədə yalnız müsbət sözlər deyiblər. Bununla belə, axtarışın başlandığı ilk gündən sinif yoldaşları əsas şübhəlilər çevrəsində olub.

Axtarış zamanı cinayətkarlardan birindən qətldə istifadə olunan bıçaq götürülüb. Şübhəli şəxslərlə bağlı RF Cinayət Məcəlləsinin 105-ci maddəsinin "j" və "z" bəndi (mənfəət məqsədilə öncədən əlbir olan bir qrup şəxs tərəfindən törədilən qətl) üzrə cinayət işi açılıb. Onları səkkiz ildən 20 ilə qədər həbs cəzası gözləyir.

Xəbərlər     Baxılıb: 1983   Tarix: 19 dekabr 2018
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

sade makiyaj sekilleri hamiləlik qadin dunyasi uşaqlara yemək hazırlama dini geyimler salatlar və qəlyanaltılar dirnaq ucun maskalar kosmetika maskalar xanım az sperma bakire klitor