Rusiyalı dünya çempionunu bir zərbə ilə öldürən Anarı görün nə qədər həbs gözləyir?!
Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovun Xabarovskda qətlə yetirilməsi barədə cinayət işinin fiqurantı Anar Alahverənov istintaq təcridxanasında iki ay keçirəcək.
Bu barədə "Report" xəbər verir.
"Avqustun 23-da məhkəmə təqsirləndirilən şəxs barədə iki ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qiyabi qərar çıxarıb. Müddət RF ərazisinə ekstradisiya olunan andan və ya Rusiya ərazisində faktiki tutulduğu andan hesablanır", – bunu Xabarovsk Mərkəzi Rayon Məhkəməsinin sədrinin vəzifəsinin müvəqqəti icraçısının köməkçisi İrina Viniçuk bildirib.
Xatırladaq ki, dünən axtarışda olan A.Allahverənov könüllü hüquq-mühafizə orqanlarına təslim olub.
A.Allahverənov dava zamanı Draçovun öldürülməsində ittiham olunur. Hadisə avqustun 20-də Xabarovskda kafelərdən birində baş verib. Gənc oğlan hadisədən dərhal sonra qaçıb və beynəlxalq axtarışa verilib. Onu 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin