Rusiyalı müğənni keçmiş ərinin axtarışı üçün Fransa polisinə müraciət etdi
Xəbər verdiyimiz kimi, mayın əvvəllərində rusiyalı müğənni Katya Lelin keçmiş əri, iş adamı İqor Kuznetsov Fransada itkin düşüb.
azxeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, onunla əlaqə aprelin 13-də kəsilib.
Katyanın sözlərinə görə, İqor Nitsada işgüzar səfərdə olub, o vaxtdan yaxınları ondan heç bir xəbər almayıb.
Bildirilib ki, Kuznetsovun anası müstəqil axtarış aparmaq üçün Fransaya gedib, lakin bu, heç bir nəticə verməyib , hətta onun əşyaları da tapılmayıb.
İş adamı axtarışa verilib, onun fotosu olan plakatlar Fransa şəhərində yerləşdirilib.
Katya Lel ötən gün vəziyyəti Fransa polisinə bildirib. Hüquq-mühafizə orqanlarının nümayəndələri bəyan ediblər ki, İqor Kuznetsovun adı itkin düşmüş şəxslərin rəsmi məlumat bazasında qeyd edilməyib, onun axtarışa verilməsi və xilasetmə xidmətlərinin cəlb olunduğu genişmiqyaslı axtarışlar barədə məlumatlar saxtadır.
Məlum olub ki, Kuznetsov hamının düşündüyü kimi Nitsada yox, Antibdə yoxa çıxıb.
Aysel









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın