Saatlarla "reels" izləmək beynimizi "məhv edir"
"Reels" izləmək hormonal balansı poza bilər.
Milli.Az xəbər verir ki, son dövrlərdə qısa video formatlı sosial media kontentlərinə, xüsusilə Reels-lərə artan marağın bədən və beyin üzərində mənfi təsirləri olduğu bildirilir. Mütəxəssislər, uzun müddət və fasiləsiz Reels izləməyin dopamin, kortizol və melatonin kimi hormonlara təsir edərək sağlamlıq problemlərinə yol aça biləcəyini qeyd edirlər.
Ekspertlərin sözlərinə görə, Reels izləmək ani xoşbəxtlik hissi yaradır, bu isə dopamin səviyyəsinin tez-tez yüksəlməsinə səbəb olur. Uzun müddətdə belə dalğalanmalar motivasiyanın azalmasına və diqqətin toplanmasının çətinləşməsinə gətirib çıxara bilər.
Eyni zamanda, davamlı ekran istifadəsi və sosial mediada yenilənən məlumatlar kortizol hormonunun artmasına səbəb olaraq stressi yüksəldir. Bu da yuxu problemləri, immunitetin zəifləməsi və gündəlik yorğunluq kimi hallara gətirir. Gecə saatlarında ekran işığına məruz qalmaq isə melatonin istehsalını azaldaraq yuxu keyfiyyətini pisləşdirir.
Həmçinin, ideal həyat tərzi və görünüş nümunələrinin tez-tez izlənməsi serotonin və dopamin balansını poza bilər, bu da özünüqiymətləndirmənin aşağı düşməsinə və narahatlıq hisslərinin artmasına səbəb olur.
Ekspertlər bildirirlər ki, Reels izləmək əyləncə məqsədilə faydalı olsa da, fasilələr vermək, gecə saatlarında ekran istifadəsini azaltmaq və diqqəti real həyatda fəaliyyətlərə yönəltmək sağlamlıq üçün vacibdir.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO