"Sabah edərəm" deyənlərin qan qrupu bilindi - Ən tənbəl insanlar bu qrupdan çıxır
Araşdırmalar nəticəsində qan qrupları ilə şəxsi xüsusiyyətlər arasında daha bir əlaqə üzə çıxıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ən tənbəl qan qrupu müəyyənləşdirilib. Söhbət B qan qrupuna sahib şəxslərdən gedir. Onların davranışları "tənbəllik" kimi qiymətləndirilə bilər.
B qan qrupuna sahib şəxslər ümumiyyətlə azad ruhlu, müstəqil düşünə bilən və rahat həyat tərzinə üstünlük verən insanlar kimi tanınır. Lakin bu xüsusiyyətləbaşqaları tərəfindən disiplinsizlik və ya tənbəllik kimi qiymətləndirilə bilər.
Bu qrupa aid şəxslər uzunmüddətli hədəflərdən çox, qısa müddətli və maraq oyandıran layihələrə daha çox maraq göstərir. Bu insanlar motivasiyalarını anlıq həyəcanlardan alır, amma səbr tələb edən və davamlı diqqət tələb edən vəzifələrdə öz performanslarını qorumaqda çətinlik çəkirlər. Bu da cəmiyyət tərəfindən daha az cəhd göstərən insanlar kimi qəbul edilmələrinə səbəb olur.
Qeyd edək ki, şəxsi xüsusiyyətlər təkcə genetik quruluş və ya qan qrupu ilə açıqlanmayacaq qədər mürəkkəbdir.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi