Şabalıdın meyvəsi qidalı, yarpaqlarının dəmləməsi isə çox şəfalıdır

Şabalıdın meyvəsi qidalı, yarpaqlarının dəmləməsi isə çox şəfalıdırŞabalıd ağacı əkiləndən 20-25 il sonra məhsul verir. Yüksək məhsuldarlığı isə iki-üç ildən bir olur. Ömrü 100-150 il olsa da, min illik şabalıd ağacları da var.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dadlı və qidalı meyvəsinə, yüksək keyfiyyətli oduncağına görə böyük əhəmiyyət kəsb edən şabalıd qiymətli meyvə bitkisi olmaqla yanaşı, həm də bir çox xəstəliklərin profilaktikasında və müalicəsində əvəzolunmaz vasitədir.
Keyfiyyətli şabalıd parlaq, tünd qəhvəyi rəngdə, çəkisi ağır və qabığı bərk olur. Tərkibinin 40-50 faizi sudan ibarət olduğuna görə düzgün saxlanmadığı təqdirdə tez xarab olur. Onu 4-5 gün ərzində kətan torbalarda, uzun müddət isə donduraraq saxlamaq mümkündür.
Şabalıd veqanlar üçün əla qida hesab olunur. Onun tərkibindəki yağın miqdarı qoz, fındıq, fıstıq və badamdan fərqli olaraq daha aşağıdır. Buna baxmayaraq daxilində nişastanın miqdarı 62, şəkər 17, zülal 6 faiz təşkil edir. Elə nişastanın çoxluğuna görə onu diabetdən əziyyət çəkənlərin çox yeməsi tövsiyə edilmir.
100 qram şabalıdın tərkibində 160-180 kalori və 40 qram karbohidrat var. Elə həmin xüsusiyyətinə görə də şabalıd toxluq hissi verir. Həm də bu baxımdan 3 ədəd qovrulmuş şabalıd bir dilim çörəyə bərabər hesab olunur. Təzə meyvələrinin ləpəsi qan damarlarının varikoz genişlənməsi, kəskin ağrılı və xroniki tromboflebit, baldırlarda trofik yaralar, artrit, ateroskleroz, xırda qan damarlarının tromboemboliyası zamanı faydalıdır.
Quru meyvə həlimi və yarpaq dəmləməsindən yuxarı nəfəs yolları xəstəliyi, təzə yarpaq dəmləməsi isə göyöskürək zamanı istifadə edilir. Qurudulmuş çiçəklərin spirt məhlulu xroniki dizenteriya və sidik kisəsinin iltihabı zamanı tətbiq olunur.
Onu çiy halda qəbul etmək tövsiyə olunmur, çünki çiy halda mədəyə ağırlıq verir. Meyvəsi əzələləri qüvvətləndirir, fiziki və zehni yorğunluğu aradan qaldırır. Şabalıd qanı duruldur və tromblaşmanın qarşısını alır. Tərkibində olan kalium elementi sayəsində ürək əzələsini tonusda saxlayır. Orqanizmi artıq maye və duzlardan azad edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1297   Tarix: 24 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

geymler 2026 hamiləlik gelinlikler yaz geyimleri arxadan olmaq qadınlar doğumdan sonra kosmetika oyunlar veten seirleri tapmaca xanım az hüzeyir hacibəyov