Sabirin məşhur şeiri Mahsunun filmində - VİDEO

Sabirin məşhur şeiri Mahsunun filmində - VİDEOMəşhur müğənni və rejissor Mahsun Qırmızıgülün qalmaqallı filmində Mirzə Ələkbər Sabirin "Qorxuram" şeiri səsləndirilib.

Xanim.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə "Vəzir barmağı" filmindən paylaşılan kadrda aktyorların Sabirin şeirini ifa etdiyi görünür.

Maraqlıdır ki, "Harda müsəlman görürəm, qorxuram!..." misrası filmdə səsləndirilməyib.

Şeir Türkiyə türkcəsinə tərcümə olunub.

Sözügedən şeiri hər iki dildə təqdim edirik:

Aybalaaaam

Şafak vakti düşirem ben

Çöllere bala çöllere bala çöllere

Kükremiş aslan görirem

Kan giyen sırtlan görirem

Dalgalı umman görirem

Cin görirem can görirem

Mezerde hortlak görirem

Bin türlü tufan görirem

Gullibi yaban görirem korkmirem

Korkmirem bala korkmirem

Aybalaaaam

Bu korkmamazlığım ile

Vallahi bala billahi bala tillahi bala

Harda bir yobaz görirem

Harda bir softa görirem

Harda bir molla görirem

Korkirem bala korkirem bala korkirem

Korkirem bala korkirem

Dalgalı fikirlerinden

Riyakâr zikirlerinden

Korkirem bala korkirem bala korkirem.

Korkirem bala korkirem

***

Şeirin orijinalı

Payi-piyadə düşürəm çöllərə,
Xari-müğilan görürəm, qorxmuram.

Seyr edirəm bərrü biyabanları,
Quli-biyaban görürəm, qorxmuram.

Gah oluram bəhrdə zövrəqnişin,
Dalğalı tufan görürəm, qorxmuram.

Gah çıxıram sahilə, hər yanda min
Vəhşiyi-ğürran görürəm, qorxmuram.

Gah şəfəq tək düşürəm dağlara,
Yanğılı vulkan görürəm, qorxmuram.

Gah enirəm sayə tək ormanlara,
Yırtıcı heyvan görürəm, qorxmuram.

Üz qoyuram gah neyistanlara,
Bir sürü aslan görürəm, qorxmuram.

Məqbərəlikdə edirəm gah məkan,
Qəbirdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gah mənə viranələr,
Cin görürəm, can görürəm, qorxmuram.

Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.

Bu küreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!....

Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların

Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!....

Videonu izləmək üçün şəklə klikləyin:

Xəbərlər     Baxılıb: 2078   Tarix: 04 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

qaşların formalari toy gecesi qadin sayti geyimler makiyaj formalari dil haqqinda atalar sözləri laylalar kosmetika haxışda arıqla üzeyir hacıbəyli vicdan veten haqqinda bayatilar