Saçları ağaranlara TƏBİİ ÜSUL: soğanı iki yerə bölün

Saçları ağaranlara TƏBİİ ÜSUL: soğanı iki yerə bölünQadınların ən böyük narahatlıqlarından biri də ağaran saçlardır. Saçına rəng qoymaq istəməyən xanımlar bəzi təbii üsullarla saç ağarmasının qarşısını ala bilərlər.
Bu üsullardan biri də saça soğan sürtməkdir. Sizə bununla bağlı məlumatı təqdim edirik.
Aparılan elmi araşdırmalar saç ağarmasının saç diblərində hidrogen peroksidin yığılmasıyla meydana gəldiyini sübut edib. Bu isə katalaz fermentinin azalması nəticəsində baş verir. Soğan suyu katalazlə olduqca zəngindir və əsrlərdir saç ağarması üçün təbii müalicə üsulları sırasında yer alır. Soğan suyu katalaz istehsalını artırır və saçların ağarmasına mane olur.
Tədqiqatda soğanın katalaz fermenti sayəsində saç köklərində yığılan və rəngini itirməyə gətirib çıxaran hidrogen peroksidi aradan qaldırdığı müəyyənləşib. Bundan başqa soğanı saça sürtdükdə saçlar sağlam formada uzanır.
Soğan suyu ağaran saçların təbii rənginə qayıtması üçün çox təsirlidir. Saç köklərini qidalandırır, mikrobları və parazitləri öldürərək saç dərisinə qulluq edir. Soğan sulfur tərkibi sayəsində saç dərisindəki iltihab və göbələk kimi problemləri müalicə etməyə də kömək olur.
Soğan suyunun hazırlanma üsulları:
1. Soğanı ortadan iki yerə bölüb portağal kimi sıxıb suyunu çıxarın. Yaxud soğanı dilimləyib qatı meyvə sıxacağından suyunu çıxara bilərsiniz.
2. Soğanları 3-4 parçaya bölüb blendrdan və ya rəndədən keçirin. Sonra süzgəcdən keçirib suyunu çıxarın.
3. Evdə qatı meyvə sıxacağı, blender və ya rəndə yoxdursa, soğanı ortadan kəsib əzin, süzgəcdən keçirib suyunu çıxarın.
Soğan suyu təbii vasitə olsa da, allergiyadan qorunmaq üçün əvvəlcə boyun bölgəsinə çəkərək allergiya testi edin. Əgər qızarma, yanma kimi əlamətlər yoxdursa, soğanı saç diblərinə sürtə bilərsiniz.
Yuxarıda qeyd edilən üsullardan biri ilə soğanın suyunu çıxarın. Bu suya pambıq batırıb saç diblərinə və saçlarınıza sürtün. 30 dəqiqə-1 saatdan sonra yuyun. Həftədə 3 dəfə bu üsuldan yararlanın. Faydasını görəcəksiniz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1378   Tarix: 03 iyul 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

sac duzumleri toy gecesi qadın geyimi alma cemli piroq zirincin faydalari xina sozleri ulduzlar kosmetika baldiz ekizler haxista şəkərbura burcler