Saçların laminasiyası nə deməkdir?

Saçların laminasiyası nə deməkdir?Müasir gözəllik salonlarının bizə təqdim etdiyi xidmətlər arasında, saçların laminasiyası kim bir xidmət də vardır.
Laminasiya - saçlara xüsusi tərkibin vurulmasıdır. Nəticədə saçın üzərində, onu zədələnmələrdən qoruyan nazik plyonka yaranır. B proseduru kağızın laminasiyasına bənzətmək olar, belə ki, kağızın daha davamlı olması, gec cırılması üçün edilən bu prosedur saçlara da eyni qoruyucu effekti verir.
Tərkibində buğda, soya proteini və bioloji aktiv maddələr olan xüsusi məhlul saçlara sürtülür. Bu xüsusi tərkib saçlarda 20 - 30 dəqiqə saxlanılır. Bu müddət ərzində hər bir saç xüsusi plyonka ilə örtülür. Tərkib yuyulduqdan sonra, saçlar sağlam,canlı və parıltılı görkəm alır. Plyonka zədələnmiş saçları örtərərək, qırılmış pulcuqları yapışdırararq, saçların korlanmış strukturunu hamarlaşdırır. Laminasiya üçün istifadə olunana bu tərkib uzun müddət saçların tərkibində qalan xeyirli maddələrlə zəngindir. Yaranan plyonka xeyirli maddələr, vitamin, protein və nəmi qoruyub saxlayır.
Laminasiya proseduru özlüyündü çox effektivdir, lakin o saçların boyanması və mülaicəsi ilə uyğunlaşdırıla bilər. Belə ki, saçlar boyandıqadan sonra, laminasiya edildikdə rəng uzun müddətli saçlarda qorunub saxlanılır.Buna səbəb odur ki, ilk əvvəl saçlardan laminasiyanın tərkibi , sonradan artıq boya yuyulmağa başlayır.
Bundan əlavə mütəxəssislərin fikrinə görə laminasiya saçlara zahiri həcm verir. Hesablamalara əsasən həcm 10-15% artır. Məhz bu səbəbdən seyrək saçları olan xanımlara bu prosedur xüsusilə məsləhət görülür. Həmçinin saçların laminasiyası - ətraf mühitin çirkli təsiri, yağış, qar və günəş şüalarından qoruya bilir. Ən əsası isə fenin isti havasından.
Bu prosedurun effekti 3-6 ay müddətində saxlanılaraq, tədricən yuyulur. Lakin proseduru yenidən təzələmək üçün onun tam olaraq yuyulmasını gözləməyə ehtiyac yoxdur.
Prosedurun qiymətinə gəldikdə isə, bu prosedur premium klass proseduru sayıldıqdan o qədər də ucuzlu deyil. Təbii ki, qiymət saçların uzunluğundan asılı olaraq dəyişir. Bir neçə salonların qiymətlərinə nəzər salaraq, deyə bilərik ki, prosedur 70 - 100 Azn civarında hesablanır.
Sonda isə demək istərdik ki, laminasiyanın heç bir saç növü üçün əks təsiri yoxdur. İstər qıvrım, istər düz saçla eyni qaydada bu prosedurdan xeyirli maddələri almaqla sağlam və gözəl görkəm alacaqlar. Lakin, səhv salmayın laminasiya saçları düzləşdirmir, sadəcə onlara sağlam görkəm verir. Xüsusilə bu prosedur, zədələnmiş, zəif, quru, boyanmış və kimyəvi burulmuş saçlar üçün məsləhət görülür.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1655   Tarix: 18 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

turlar.az

sac duzumleri geymler 2026 yay kolleksiyasi evin bəzədilməsi gənc ana sifahi xalq ədəbiyyatı növləri gözəllik sirləri kosmetika həmidə novruz haqistalari sağlamlığa aid atalar sözləri ana haqqinda bayati xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır