Saçların uzanmasını ləngidən VƏRDİŞLƏR
Uzun baxımlı saçlar hər bir qadının arzusudur. Saçların keyfiyyəti əsasən irsiyyətdən asılı olsa da düzgün baxımın köməyi ilə onlara gözəl görünüş vermək olar.
Bəzi yayılmış səhvlər saçların sağlamlığına mənfi təsir edir, onları zəif edir, uzanmasını ləngidir. Saglamolun.az bildirir ki, Times Now nəşrinin ekspertləri bu səhvləri sadalayıb:
- Saçları tez-tez yumaq. Saçları yalnız çirklənəndə yumaq lazımdır. Bəzi insanlar saçlarını hər gün və hətta gündə 2 dəfə yuyur ki, bu da saçların təbii qoruyucu qatını məhv edir, baş dərisinə mənfi təsir edir. Nəticədə saçlar quru və cansız olur, gec uzanır.
- Yaş saçları daramaq. Yaş saçlar çox tez qırılır və qopur. Bu səbəbdən saçları yuduqdan əvvəl və quruyandan sonra daramaq lazımdır.
- Saç üçün kondisionerdən düzgün istifadə etməmək. Saç kondisioneri yalnız saçların uclarına çəkilir və daha sonra bol suda yuyulur. Bu vasitəni baş dərisinə çəkmək olmaz.
- Saçları daim rezin və s. vasitələrlə sıx yığmaq. Bu da saçları zəif edir, onların uzanmasını ləngidir. Saçları bir qədər boş yığmaq və imkan olanda açıq saxlamaq lazımdır.
- Saçlarınızı yuduqdan sonra dəsmalla sürtmək. Bu da saçların qopmasına səbəb olur. Saçlarınızı mümkün qədər təbii olaraq qurutmağa çalışın.
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR
Uzun müddət oturmaq ölüm riskini artırır
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin